Öskürəyi dərhal kəsir: Çinlilərin gözəl çayı 

  Qış aylarında tez-tez rast gəlinən xəstəliyin simptomları xüsusilə öskürək və soyuqdəymə kimi özünü göstərir. Xəstəlikdən qurtulanlar qalıcı öskürək problemi ilə üzləşə bilərlər. Bunun üçün çinlilərin möcüzəvi çayı və onun təsirləri ilə tanış olun.
  “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, qış aylarının əvəzolunmaz meyvəsi olan naringi tərkibindəki C vitamini ilə sağlamlığın yaxşılaşdırılmasında təsirli rol oynayır. Xüsusilə immuniteti  aşağı olan şəxslərə bol miqdarda naringi istehlak etmək tövsiyə olunur.
Tərkibindəki sağlam birləşmələr sayəsində faydalı olan naringi qədim zamanlardan çinlilər üçün vazkeçilməz meyvədir. Ehtimallara görə, naringi çayından istifadə edənlərin uzun illər öskürək probleminin olmayacağı bildirilir. 


  Naringi qabığından çay hazırlamaq ideyası onun dadı və qoxusunu nəzərə alaraq cəlbedici səslənir. Qabıqları soyduqdan sonra zibil qutusuna atmaq əvəzinə şəfalı çaya çevirə bilərsiniz. Onu digər çaylardan fərqləndirən ən mühüm xüsusiyyət öskürəyə çox yaxşı gəlməsidir.
  Naringi qabığı çayı müntəzəm olaraq istehlak edildikdə qan şəkərini balanslaşdırmağa və qaraciyərin sağlamlığını qorumağa başlayır. Bu da maddələr mübadiləsinin aktivləşməsinə səbəb olur. Tərkibindəki vitamin və minerallar yorğunluğunuzu aradan qaldıra bilər.
  Naringi çayı soyuqdəymə, qrip, və sonsuz öskürəyə dərmandır. İmmunitet sistemini gücləndirən naringi qabığı qarışığı əldə etməklə öskürəyi dərhal dayandıra bilərsiniz.
  Onun antioksidan faydaları zərərli maddələrin boğazdan daha asan çıxarılmasına kömək edir. Üstəlik, bunu etmək çox asandır. Mükəmməl qarışıq üçün nə etmək lazımdır.

 Tərkibi:
- 2 xörək qaşığı təzə naringi qabığı
- 200 ml qaynar su

Hazırlanması:

  İlk növbədə naringi qabıqlarını qazlı suda isladın ki, üzərindəki zərərli maddələr çıxarılsın. Yuyularaq təmizləndikdən sonra qabıqları parçalara ayıra bilərsiniz.
  Naringi qabığından çay hazırlamaq üçün xırdalanmış qabıqları stəkana əlavə edib qaynar su tökün. Qısa bir müddət gözlədikdən sonra ilıqlaşmağa başlayanda istehlak edə bilərsiniz. Öskürəyi müalicə etmək üçün üstünə bal əlavə etmək də çox faydalıdır.