Bu gün qocalmanı gecikdirmək üçün bir sıra araşdırmalar aparılarkən, mütəxəssislər “Yeni il hədiyyəsi” olaraq gəncləşmə üçün faydalı olan elmi cəhətdən sübut edilmiş yeddi sirri açıqlayıblar.
Sherg.az həmin sirrləri təqdim edir:
1 “Cell Metabolism” jurnalında dərc edilən araşdırmaya görə, mənəvi rahatlıq daha uzun ömrün açarlarından biridir. Alimlər deyirlər ki, bioloji yaşınızı azaltmaq üçün stressi azaldın.
2"Nature Aging" jurnalında dərc edilən araşdırmaya görə, gündəlik kalori qəbulunu cəmi 25 faiz azaldan insanlar bioloji qocalmanı 3 faiz ləngidə bilirlər.
3 Bir araşdırmada eksperimental gen terapiyası vurulan siçanlar müalicədən sonra digər siçanlara nisbətən 109 faiz daha uzun yaşayıb. Gen terapiyası hələ insanlar üçün mövcud deyil, lakin mütəxəssislər bunun 5 il ərzində istifadə oluna biləcəyini deyirlər.
4 Virginia Commonwealth Universitetinin tədqiqatçıları çoxlu təzə tərəvəz, taxıl və qaraciyərdən ibarət 8 həftəlik yaşlanma əleyhinə pəhriz tövsiyə ediblər.
5 Həftədə 5 dəfə idman etmək, hər gecə 7 saat yatmaq, gündə iki dəfə 10 dəqiqəlik nəfəs məşqləri etmək tövsiyə olunub. Nəticədə araşdırma iştirakçılarında qocalmanın tərsinə çevrilməyə başladığı müşahidə edilib.
6 "Nature Aging" jurnalında dərc edilən başqa bir araşdırmada MIC (Mitophagy Inducing Coumarin) adlı üzvi kimyəvi birləşmənin hüceyrənin güc mərkəzi olan mitoxondrilərin tullantıları təmizləmək və təkrar emal etmək qabiliyyətini yaxşılaşdırdığı müəyyən edilib. MİK-in darçının tərkibində bol olduğu bilinir.
7"eBioMedicine"-də dərc edilən bir araşdırma, bol su içməyin qocalmanı yavaşlatmağa və xroniki sağlamlıq problemlərinin qarşısını almağa kömək etdiyi vurğulanıb.