Mütəxəssislər daxili orqanların yaşını təyin etmək üçün qan testlərindən istifadə edən proqram hazırlayıblar. Beləliklə, qocalmış orqanlar üçün erkən müalicəyə başlamaq mümkün olacaq.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, doğum haqqında şəhadətnaməmizə görə 30-40 yaşımız ola bilər, amma daxili orqanlarımızın bizdən daha yaşlı olma ehtimalı var. Ola bilsin ki, onlar vaxtından əvvəl köhnəldikləri üçün daha tez qocalıblar. Yəni bir sözlə bizim yaşımız orqanlarımızın yaşı ilə eyni olmaya bilər!
Bu, bir çox sağlamlıq problemlərinə səbəb olur. Məhz buna görə də ABŞ-nin Stenford Universitetinin alimləri qan analizlərinin nəticələrinə və xəstə məlumatlarına əsasən daxili orqanların yaşını təyin edən kompüter alqoritmi hazırlayıblar. Bu qan testləri hansı orqanların fərqli yaşlandığını müəyyən etmək üçün minlərlə zülalın səviyyəsini təhlil edir. Beləliklə, əvvəlcədən hansı orqanların sıradan çıxacağını təxmin etmək və tədbir görmək mümkün olacaq.
Tədqiqatçılar bu üsulla bədənin 11 əsas hissəsini izləməyin mümkün olduğunu bildiriblər. Araşdırmada qan testləri ilə yaşı müəyyən edilə bilən bədən hissələri bunlardır:
Beyin, ürək , qaraciyər, ağciyər, bağırsaq, böyrək, ürək damarları, immun toxuma, əzələlər və mədəaltı vəzi. Araşdırmada piylənməyə səbəb olan yağ mexanizminin yaşı da araşdırıla bilir.
Mütəxəssislərin fikrincə insanın yaşından daha yaşlı bir ürək, ürək çatışmazlığı riskini artırır. Sürətlə qocalmış beyin demensiyaya meylli ola bilər. Bir və ya bir neçə orqanın sürətli qocalması növbəti 15 il ərzində daha yüksək xəstəlik və ölüm riski ilə əlaqələndirilir. "Orqanların yaşının müəyyən edilməsi xəstələnmədən müalicəyə imkan verəcək və hətta Alzheimer xəstəliyini proqnozlaşdırmaq mümkün olacaq". Stanford Universiteti proqramdan istifadə və satıla bilməsi üçün patent üçün müraciət edib.
Araşdırma qrupundan Dr. Tony Wyss-Coray deyib: “Tədqiqatda qan testlərini araşdırdığımız 50 və daha yuxarı yaşda olan iştirakçıların 18,4 faizinin ən azı bir orqanı özlərindən daha sürətli qocalırdı. Biz aşkar etdik ki, bu insanların növbəti 15 il ərzində sürətlə qocalan orqanlarında xəstəlik riski yüksəkdir. Hər orqan fərqli bir dünyadır , hamısının fərqli köhnəlmə yaşı var, araşdırmamız qabaqcıl müalicəyə qapı açır".