Bəzən heç nə etmək istəmirsən. Sadəcə oturub özünlə tək qalmaq istəyirsən. Bu vəziyyəti tez-tez yaşayırsınızsa, "sağ qalma rejimində" ola bilərsiniz.
Sherg.az xəbər verir ki, hər kəs zaman- zaman stress və ya narahatlıq keçirə bilər. Bəziləri üçün bu müddət daha uzun və qalıcı olur. Burada "sağ qalma rejimi" işə düşür. “Təhlükəsiz rejim” olaraq da adlandırılan bu dövrdə insan daim mübarizə aparır.
Rutinləşən bu mübarizə zamanla həyat keyfiyyətinə mənfi təsir edir və sağlamlıq problemləri yaranır. Bu rejimdə olduğunuz zaman, reaksiyalarınız idarəolunmaz hala gəlir və hətta həyat üçün təhlükə yaradan vəziyyət olmasa belə, özünüzü sıxışdırırsınız və ya rahatlaya bilmirsiniz.
Bəs sağ qalma rejimində olduğunuzu necə bilirsiniz? Budur simptomlar....
- Sizə elə gəlir ki, hər şeyi təcili etmək lazımdır.
- Əvvəlki kimi şən deyilsiniz.
- Özünüzü həmişə yorğun hiss edirsiniz.
- Çox tez əsəbləşirsən.
- Heç nə səni kifayət qədər yaxşı hiss etdirmir. Hətta sevdiyiniz yeməklər də əvvəlki qədər dadlı deyil.
- Heç bir günün sonunda özünü xoşbəxt hiss etmirsən, əksinə, hər günün daha da pisləşdiyini düşünürsən.
- Səhərlər stressli oyanırsınız.
- Hazırlıqda deyilsən. Nə qədər istəsən də, diqqətini cəmləyə bilmirsən. Fikriniz həmişə başqa yerdədir.
- Konsentrasiya probleminiz var. Məhsuldarlığınız azalıb. Məsuliyyətlərdən qaçırsınız.
- Həmişəkindən daha həssassınız, asanlıqla gərginləşir və ya əsəbiləşirsiniz.