Mütəxəssislərdən xəbərdarlıq: Koronavirusun yeni növü 100 faiz ölümcüldür

Çin alimləri yeni mutasiyaya uğramış Covid-19 növü üzərində təcrübələr aparıblar. Siçanlar üzərində aparılan təcrübələr 100 faiz ölümlə nəticələnib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Pekində aparılan araşdırma GX_P2V-nin insana bənzər genetik quruluşa malik siçanlar üzərində sürətli və öldürücü təsirini ortaya qoyub.

Beyin də daxil olmaqla bir çox orqanı hədəf alan virus siçanların vəziyyətinin sürətlə pisləşməsinə səbəb olub və nəticədə 8 gün ərzində ölümlə nəticələnib.

Siçanların çox tez xəstələndiyi və xeyli arıqladığı müşahidə edilib. Onların ölməzdən əvvəl tərpənə bilmədiyi və gözlərinin ağardığı da bildirilib.

Təcrübələrdə istifadə edilən bütün siçanlar öldüyü üçün bu araşdırmanın oxşar virus təcrübələrindən çox fərqli olduğu da ifadə edilib.

Bununla belə, onu da qeyd etmək lazımdır ki, bu tədqiqat hələ də onun insanlara potensial təsirləri ilə birbaşa əlaqələndirilməyib.

ARAŞDIRMANI TƏNQİD ETDİLƏR

London Universitet Kollecindən Fransua Balloux kimi bəzi ekspertlər bu işin faydalı olmadığını və təhlükəli ola biləcəyini düşünürlər.

"Bu, elmi cəhətdən tamamilə mənasız olan dəhşətli bir araşdırmadır. Qəribə insanlaşmış siçan ştammını təsadüfi virusa zorla yoluxdurmaqdan öyrəniləcək heç nə görmürəm. Əksinə, düşünürəm ki, belə bir şey yanlış nəticələr verə bilər", - Balloux yazıb.