Gözəlliyin əsas şərtlərindən biri, əlbəttə ki, qüsursuz görünüşdür. Üzdəki, bədəndəki tükləri yox etmək üçün müasir üsullar var. Məsələn, qadınlarla yanaşı son illərdə kişilər də lazer epilyasiyasına çox müraciət edir. Amma lazer epilyasiyasının orqanizmə ziyanı da var. Lakin elə bir üsul var ki, bədənə ziyan vermədən, əksinə, faydalıdır və arzuolunmaz tüklərdən asanlıqla xilas olmağa kömək edir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, arzuolunmaz tüklərdən xilas olmaq üçün təbii üsullara müraciət daha faydalıdır. Bunun üçün hər evdə tapılacaq vasitələrdən istifadə etmək olar. Türk qəhvəsi və karbonat tükləri kökündən yox edə bilir. Qarışığın hazırlanması üçün 1 stəkan karbonat və 1 stəkan bişmiş türk qəhvəsi lazımdır. Karbonat bişmiş qəhvə ilə - çöküntüsüylə birlikdə qarışdırılır və dəriyə masaj edilərək çəkilir. Bu qarışıqdan davamlı istifadə tüklərin incəlməsinə və zamanla tamamilə yox olmasına səbəb olur. Qəhvə və karbonat qarışığı təbii pillinq effekti verir. Dəridə qan dövranını yaxşılaşdırır, sellülit və dəri qurumasının qarşısını alır. Qarışıq ən azı 1 həftə çəkilməlidir.