Alimlər üz ifadələrinizdən depressiyanı aşkar edən yeni telefon proqramı hazırlayıblar. Süni intellektlə işləyən tətbiqin beş il ərzində buraxılacağı gözlənilir.
Sherg.az xəbər verrir ki, depressiya, tez-tez uzunmüddətli əhval pozğunluğu olaraq təyin olunan ciddi bir psixi sağlamlıq vəziyyətidir.
Beyində baş verməsinə baxmayaraq, elm adamları üzünüzdə ipucu axtararaq depressiyanı aşkar etmək üçün yeni smartfon proqramı hazırlayıblar.
Tətbiq süni intellektdən istifadə edərək, insanın depressiyaya düşüb-düşmədiyini müəyyən etmək üçün onun baxışları, göz hərəkətləri və başını necə əyməsi kimi üzündəki mikro dəyişiklikləri qiymətləndirir.
Milli Sağlamlıq İnstitutları tərəfindən maliyyələşdirilən proqram iştirakçıların dodaqlarının, gözlərinin və üzlərindəki depressiya xətlərinin vəziyyətinə baxaraq, üz ifadələrində trend aşkar edərsə, ön kamera ilə fotoşəkillər çəkir və xəbərdarlıq göndərir.
Araşdırmaya görə, tətbiq yüzdə 75 nisbətində depressiyaya uğramış insanları düzgün müəyyən edir.
Daha çox araşdırmaya ehtiyac olduğunu söyləyən tərtibatçılar, tətbiqin beş il kimi qısa müddətdə ictimaiyyətə təqdim edilə biləcəyini açıqladılar.
Ancaq tədqiqatçılar, bu və buna bənzər tətbiqlərin tək başına istifadə edilməməsinin təsirli olmayacağını, yalnız xəstələrin gündəlik həyatlarında yaşadıqları simptom dəyişikliklərini ilk mərhələdə aşkarlayaraq tez müdaxilə etmək istədiklərini ifadə etdilər.
Araşdırmada deyilir: "Nə qədər anın içərisində ola bilsək, depressiyanın təsiri bir o qədər az olacaq" bildirilir.