İmmunitet sisteminin aşağı olması bir çox yoluxucu xəstəlik riskini artırır. İndiki vaxtda qriplə mübarizə daha çox vaxt aparır. Lakin bu meyvə sayəsində qripdən narahat olmayacaqsınız.
C vitamini çatışmazlığı orqanizmin zəifləməsinə, tez xəstələnməsinə və yorğunluğa səbəb olur. C vitamini ilə zəngin qidaların qəbulu orqanizmin xəstəliklərə qarşı müqavimətini artırmağın ən faydalı yoludur.
Qreypfrut tərkibindəki yüksək miqdarda C vitamini ilə immunitet sistemini gücləndirir. C vitamini bədəni sərbəst radikallardan qoruyaraq və immunitet sisteminin düzgün işləməsinə kömək edərək qrip kimi infeksiyalara qarşı qoruyucu rol oynayır.
Qreypfrut boğaz infeksiyası, tənəffüs problemləri və burun axması kimi yoluxucu xəstəliklər üçün də təsirli qidadır. Dözümlü bir bədən bir çox xəstəliyə qalib gələ bilər.
Həzm sisteminə müsbət təsir göstərən qreypfrut bağırsaq sağlamlığını yaxşılaşdırır. İmmunitet sistemini təsir edərək gücləndirən bu meyvə bağırsaqdakı mikroblara və infeksiyalara qarşı da mübarizə aparır.
Qreypfrutun tərkibində tənəffüs yollarına rahatlaşdırıcı təsir göstərən efir yağları var. Xüsusilə burun tıxanıqlığına qarşı təbii dəstək verə bilir. Aromatik quruluşu sayəsində tənəffüs yollarınız açılır və nəfəs almağınız asanlaşır.
Digər meyvələrdən daha maraqlı dadı olan qreypfrut qrip zamanı sizə ən yaxın olan meyvə olmalıdır. Bu acı şirin meyvədə olan limon turşusu həzm edildikdən sonra qələvi reaksiya yaradır. Yəni soyuqdəymə, öskürək və qripə qarşı qoruyucu qalxan effekti yaradır.