İnsan sağlamlığı ilə bağlı mühüm açıqlamalar verən Prof. Dr. Canan Karatay qatıldığı proqramda beyin sağlamlığı üçün istehlak edilməsi lazım olan 4 qidaya diqqət çəkib.
Sherg.az xəbər verir ki, Canan Karatay yaxşı yaddaş üçün istehlak edilməsi lazım olan qidalarla bağlı açıqlamaları ilə gündəmə gəlib.
O, ruh sağlamlığı üçün istehlak edilməsi lazım olan qidaları sıralayıb.
Beyin xəstəliklərindən qorunmaq üçün yumurta, yod, D vitamini və balıq yağının çox əhəmiyyətli olduğunu ifadə edən Karatay, bu qidaların yaxşı yaddaş və ruh sağlamlığı üçün çox əhəmiyyətli olduğunun vurğulayıb.
Yumurtanın yüksək miqdarda vitamin və mineral ehtiva etdiyini, əzələ və sümük inkişafı və ürək sağlamlığı üçün çoxlu faydası olduğunu söyləyən Karatay, yumurtanın yaddaş, göz və beyin sağlamlığı üçün də faydalı olduğunu da qeyd edib.
"Göz sağlamlığını qoruyur. Yaddaşı gücləndirir. Beyin sağlamlığı üçün çox faydalıdır. Bədənin dəmir nisbətini artırır, zülal ehtiyacını qarşılayır".
Canan Karatay deyir ki, qida maddələrindən biri olan yod qalxanabənzər vəzinin sağlam işləməsini təmin edir.
Xüsusilə körpə və uşaqlarda sağlam əqli inkişafın təmin edilməsində böyük rol oynayır. Zehni mexanizmlərin işləməsinə kömək edir.
Balıq yağı yaxşı xolesterolu artırdığı üçün damar tıxanmasının qarşısını alır.
Uşaqlarda diqqət çatışmazlığı hiperaktivliyi kimi problemlərin qarşısını almağa da kömək edir.
Kalsium və fosforun udulmasına kömək edən D vitamin isə immunitet sistemini gücləndirir.