Dünyada milyonlarla insanın əziyyət çəkdiyi şəkər xəstəliyi həm də qidalanma ilə bağlıdır. Qanda insulinin miqdarının artmasına səbəb olan maddə bir çox ərzaq məhsullarının tərkibində var ki, onlar istehlak edildikdə orqanizmdə problemlər baş qaldırır.
“Sherg.az” “Milliyet.com.tr”yə isitnadən professor Osman Müftüoğlunun məsləhətlərini təqdim edir. Professor insulinin miqdarı artmasın, şəkər xəstəliyi əmələ gəlməsin deyə imtina edilməli qidaları sadalayıb. Bunlar sobada bişirilən, unlu, şəkərli qidalar, şəkər tozudur. Lakin professor ələlxüsus uzaq dayanılmalı 2 ən mühüm qidanı açıqlayıb. Bunlar şəkər tozu və ağ undur. Tərkibində bu məhsullar olan qidalar sağlamlıq üçün çox təhlükəlidir. Buna görə də sağlamlığının qayğısına qalan hər bir insan bu məhsullardan uzaq durmalı, şəkərli, unlu qidalar qəbul etmək vərdişindən imtina etməlidir. Bəzi vərdişlər orqanizmdə ciddi fəsadlara yol açır. Professor “şəkər, yoxsa un?” sualına da cavab verib. Qeyd edib ki, şəkərlə ağ un – çörək arasında elə də böyük fərq yoxdur. Hər ikisi də təhlükəli qidalardır. Şəkər də, ağ un da oqanizmə zərər verir. Bunlardan imtinanı uşaqlara kiçik yaşlarından öyrətmək lazımdır. Şəkər tozu da, ağ un da qanda şəkərin miqdarını artırır və insulin probleminə yol açır. Şəkər tozu və ağ undan hazırlanmış məmulatları çox istehlak edənlərin şəkər xəstəliyinə tutulma riski həddindən artıqdır. Qanda şəkərin miqdarı çox olanlarsa, ümumiyyətlə, bu qidalardan imtina etməlidir. Bu iki məhsul da mümkün qədər az istehlak edilməlidir. Onların verə biləcəyi zərəri azaltmaq üçünsə hər gün bacardıqca çox piyada gəzmək, idmanla məşğul olmaq, qaçış, sadə idman hərəkətləri etmək lazımdır. Zərərli qidaların qəbulu azaldıqca bədən daha sakit, rahat və aktiv olacaq. Şəkəri digər məhsullarla əvəz etmək olar. Məsələn, darçın, zəncəfil şəkəri əvəz edə bilir. Həm zərərsiz, həm də faydalı məhsullardır. Gün ərzində bol miqdarda su içməyi də unutmaq olmaz.