Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: "Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 32 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur".