Sağlamlığımız üçün faydalı olan tərəvəzlərdən biri olan xiyar hər kəsin zövq aldığı bir qidadır. Ac qarına istehlak edildikdə xiyarın faydaları əvəzsizdir.
Sherg.az aç qarına xiyar yeməyin təsirlərini təqdim edir.
Bir çox qida ilə müqayisədə xiyarın kalorisi demək olar ki, yoxdur. Orta ölçülü bir xiyar təxminən 12-16 kalori ehtiva edir. Tərkibində çox yüksək su olan bu tərəvəzin şəkəri çox aşağıdır.
Müxtəlif sortları olan bu tərəvəzin az kalorili olması və sulu olması orqanizmdə toxluq hissi yaradır. Çəkinizi idarə etmək və iştahınızı tarazlaşdırmaq istəyirsinizsə, xiyardan fasilələrlə istifadə edə bilərsiniz. Onu acqarına istehlak etmək nəmlənməni artırır və toxluq hissi verir.
Səhər ağır qidalar yemək əvəzinə yüngül və qidalı bir şey yemək istəyənlər üçün xiyar əla seçim olacaq. Bundan əlavə, xiyar həzmi asanlaşdırır. Tərkibindəki lif sayəsində bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik kimi həzm problemlərinin qarşısını alır.
Bədənimiz bizi xəstəliklərdən qorumaq üçün antioksidanlara ehtiyac duyur. Xiyarda kifayət qədər miqdarda antioksidant olması zərərli mikrobların orqanizmə gəlməsinin qarşısını ala bilər. O, həmçinin dərimizin daha sağlam və parlaq görünməsinə kömək edir.
Böyrək sağlamlığı üçün faydalı olan xiyar tərkibindəki yüksək su və təbii sidikqovucu xüsusiyyətləri sayəsində böyrəklərin daha yaxşı işləməsini təmin edir. Bu, böyrək daşlarının əmələ gəlməsinin qarşısını almağa da yardımçı olur. Səhər acqarına xiyar yeməklə bədəndən artıq suyu və toksinləri çıxara bilərsiniz.
Xiyar stress səviyyələrini azaltmağa da kömək edir. B vitamini kompleksləri, maqnezium və kaliumla zəngin olan xiyar sinir sisteminin düzgün işləməsini təmin edəcək. Ac qarına istehlak edildikdə, bədənin gündəlik stresslə mübarizə qabiliyyətini artırır.
Tərkibindəki C vitamini sayəsində orqanizmin müqavimətini artırır. İmmunitet sisteminizi gücləndirməyə və soyuqdəymə və qrip kimi xəstəliklərdən qorunmağa kömək edir.
Bundan əlavə, acqarına xiyar istehlak etsəniz, dişləriniz üçün faydalı bir şey etmiş olarsınız. Xiyar ağızdakı bakteriyalarla da mübarizə aparır və ağız sağlamlığını yaxşılaşdırır. Ağız qoxusundan əziyyət çəkirsinizsə, salat yeməyə cəhd edə bilərsiniz.