Amneziya: Unutqanlıq xəstəliyinin səbəbləri nələrdir?

Unutqanlıq və ya yaddaş zəifliyi müasir dövrün ən geniş yayılmış şikayətlərindən biridir. 
Hətta gənclər də amneziyadan əziyyət çəkirlər. Bəziləri bu yaxınlarda yediklərini və içdiklərini, digər qrup isə etməli olduqlarını unuda bilirlər.                      
 Bəs, unutqanlıq xəstəliyinin səbəbləri nələrdir? Bunun  müalicəsi necə aparılır?

Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, yaddaş zəifliyi ilə cari yaddaşın itməsi fərqli anlayışlardır:

"Bu daha çox diqqətlə əlaqədardır. Bəziləri isə beyində baş verən prosseslərlə bağlıdır. Beyində gedən dəyişikliklər, müəyyən yaşla bağlı ağıl zəifliyi yaddaşa da təsir edir. Təbii ki, insan daim çalışdıqda, beyni işlətdikdə və sağlam həyat tərzi sürdükdə yaddaş operativ çalışa bilir. Bu vəziyyət daha çox şəkərli diabet, ateroskleroz , beyinində mübadilə sindromu olan xəstələrdə  müşahidə edilir. Ona görə də beyin məşq tələb edir. Bu səbəbdən yaddaşı işlətmək lazımdır. İnsanlar arasında unutqanlıq xəstəliyinin yalnız yaşlılarda görülməsi barədə bir fikir olsa da, bu doğru fdeyil. Hər yaşda olan insanlar fərqli səbəblərə görə unutqanlıq xəstəliyinə düçar ola bilər. Yaddaş zəifliyinin müalicəsini apararkən səbəblər araşdırılaraq dioqnoz qoymaq gərəklidir. Bundan sonra, müalicə yazmaq olar".