Bu "kollagen bombası"dır: 30 gün ərzində botoks  təsiri göstərir


Yaşlandıqca parlaq dəri quruluşuna sahib olmaq və ya qalın saçlara sahib olmaq mümkünsüz görünür. Bu səbəbdən bir çox insan botoks müalicəsinə üstünlük verir. Ancaq bədəni "kollagen bombası"na çevirən bəzi qidalar var.

Son illərdə getdikcə populyarlaşan kollageni qidalar və ya müxtəlif əlavələr vasitəsilə bədənə daşımaq mümkündür. Müəyyən yaşdan sonra kollagenin miqdarının azalması insanların gənc görünüşünü itirməsinə səbəb olur. Ancaq bu meyvələri istehlak edərək kollagen istehsalını artıra bilərsiniz.

Çiyələk, moruq, albalı, nar, qırmızı üzüm və zoğal kimi meyvələr tərkibindəki zəngin qida maddələri ilə dəri sağlamlığımıza möcüzəvi təsir göstərir. Beləliklə, qırmızı qidalar qəbul edərək bədəndəki kollagen miqdarını saxlaya bilərsiniz.

Xüsusilə çiyələk tərkibindəki yüksək C vitamini ilə kollagen istehsalını xeyli artırır. Kollagen istehsalını dəstəkləyən ən faydalı vitamin, əlbəttə ki, C vitaminidir. Xüsusilə yay aylarında təzə qırmızı meyvələrdən istifadə edərək həm dərinizə, həm də sağlamlığınıza fayda verə bilərsiniz.
Qırmızı meyvələrdə kollagen olsa da, bu, qida maddələrinin yeganə səmərəli mənbəyi deyil. Xüsusilə qovrulmuş mal əti və biftek kimi çoxlu birləşdirici toxuma olan sərt ət parçaları kollagenlə çox zəngindir.