Uşaqlar valideynlərindən çox şey öyrənirlər. Onlara sağlam mənlik qazanmağı, düzgün qidalanmağı və bədənlərini sevməyi öyrətmək vacibdir.
Sherg.az pozitiv uşaq böyüdən valideynlərin vərdişlərini təqdim edir.
Uşağınızın qarşısında hər hansı bir şey haqqında danışarkən diqqətli olun. Unutmayın ki, valideynlər övladlarının rəhbərləridir.
Özünüz haqqında deyindiyiniz hər bir mənfi şərh uşaqlarınıza təsir edir. Buna görə nəyin bahasına olursa olsun pis fikirlərdən və şərhlərdən çəkinin.
Övladlarınızın sizinlə ünsiyyət qurarkən özlərini təhlükəsiz hiss etmələri vacibdir. Bu səbəbdən onlarla tez-tez və açıq ünsiyyətdə olmaq uşaqları rahatlaşdırır.
Uşaqlar ətraf mühitin məhsuludur. Uşaqlarınızı müntəzəm olaraq əyləncəli və sağlam ailə fəaliyyətlərinə cəlb etdiyiniz zaman onlara sağlam vərdişlər öyrədirsiniz.
Uşaqlar idman və digər fiziki fəaliyyətlər vasitəsilə özünə hörmət qazanırlar. Uşağınıza müsbət bədən imici aşılamaq istəyirsinizsə, onu idmanla məşğul olmağa təşviq edin.