Alimlər tez qocalmanın sirrini açdı -Beyin ölçüsü...

Alimlər böyük ölçülü beyin sahib insanların daha tez qocaldığı iddiasını irəli sürüb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən qeyd edir ki, alimlərin tədqiqatı insan beyninin daha tez qocalmasının beynin ölçüsünə bağlı olduğu gerçəyini ortaya qoyub. Beyin nə qədər böyük ölçülüdürsə, bir o qədər tez qocalır. Alimlər insan beyni üzərində yeni tədqiqat aparıb və məlum olub ki, insan beyninin bəzi  bölgələrinin yaşlanma dövrü daha kiçik beyinlərə görə daha sürətlə qocalır. İnsan beyninin böyüklüyü, onu digər məməlilərdən ayıran önəmli bir özəllikdir. Lakin elmi orqan olan “Science Advances” dərgisində yayımlanan yeni bir tədqiqat materialında bu böyüklüyün başqa problemə yol açdığı qeyd edilib. Tədqiqat zamanı böyük beyin bölgələrində qocalma prosesinin daha sürətlə getdiyi bilinib. Tədqiqata 480 insan və 189 şimpanze meymunu cəlb edilib. Və canlıların beyinləri ilə bağlı tədqiqat aparılıb. Tədqiqatın gedişində beyinlərin qocalma prosesi izlənib. Elmə məlumdur ki, insan beyni digər məməlilərin beyinlərinə nisbətən daha böyük ölçülüdür. O cümlədən şimpanzelərin də beyin ölçülərindən 3 dəfə böyükdür. Lakin bu dəfə insan və meymunların beyinlərinin 17 fərqli hissələri tədqiq olunub. İnsanlarda beynin gözlərin arxasında (beynin bu hissəsi qərarvermədə əsas rol oynayır) düşən hissəsi digər hissələrə nisbətən daha böyükdür. Tədqiqat məhz bu hissədə - orbitofrontal korteks hissəsində kiçilmənin daha sürətlə getdiyi görülüb. Professor Sam Vickeri beyinin düşünən hissəsinin daha sürtətlə kiçilərək qocaldığını deyib. Bunun səbəbini tapmaq üçünsə daha geniş bir tədqiqata ehtiyac olduğunu deyib.