Son bir həftədə 2 min 912 yeni yoluxma və 14 ölüm qeydə alınıb
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC) bütün qitədə meymun çiçəyi hadisələrinin həyəcan verici artım tendensiyası barədə xəbərdarlıq edib.
“Şərq” xəbər verir ki, Africa CDC-nin baş direktoru Jean Kaseya, onlayn mətbuat konfransında "İndi deyə bilərik ki, meymun çiçəyi Afrikada nəzarət altında deyil" deyib.
Kaseya, ötən ilin eyni dövrü ilə müqayisədə 15 Afrika ölkəsində meymun çiçəyi hadisələrinin yüzdə 177, ölümlərin isə 38,5 faiz artdığını bildirib. Bildirilib ki, son bir həftədə 2 min 912 yeni yoluxma və 14 ölüm qeydə alınıb.
Son məlumatlara görə, bu il Afrikada 29 mindən çox hadisə və 738 ölüm qeydə alınıb.
Afrika epidemiyanın yayılmasının qarşısını almaq üçün tərəfdaşlarından 10 milyon doza vaksin almağa ümid edir.
Bölgədə epidemiyadan ən çox təsirlənən ölkə Konqoda peyvəndləmə oktyabrın ilk həftəsində başlayacaq. Mərakeş sentyabrın 12-də meymun çiçəyi xəstəliyinin baş verdiyini bildirən sonuncu ölkə oldu.