Ananas - çoxlu vitamin və minerallarla zəngin olan aşağı kalorili qidalandırıcı tropik meyvədir. Tərkibindəki faydalı antioksidantlar, fermentlər və dəstəkləyici birləşmələr sayəsində xəstəliklərdən qoruma qabiliyyətinə malikdir.
Bu birləşmələr sayəsində ananas həzmi dəstəkləyir, immunitet sistemini gücləndirir, əməliyyatdan sonra sağalma prosesini sürətləndirir, iltihabla mübarizə aparır, artrit ağrılarını aradan qaldırır və arıqlamağa kömək edir.
Saç, dəri və sümüklər üçün də faydalı olan ananas bişmiş və ya çiy halda istehlak edilə bilər.
Bundan əlavə, ananasın tərkibində olan antioksidanlar orqanizmdə oksidləşmənin qarşısını alır.
Xərçəng və digər xroniki xəstəliklərə səbəb ola biləcək iltihab riskini azaldır və orqanizm üçün müdafiə mexanizmi rolunu oynayır.
Xatırladaq ki, hamiləliyin ilk 3 ayında ananas yeməyin uşağın düşmə riskini artıra bilər. Ona görə də, istehlak edib-etməyi ilə bağlı həkimə müraciət etmək daha yaxşıdır. Ananas müntəzəm olaraq istehlak edilə bilən aşağı kalorili bir qidadır, lakin həddindən artıq istehlak edildikdə qan şəkərinin səviyyəsini yüksəldə bilər.