Tramp texnologiya nəhənglərini bir araya gətirir - ŞƏRH
Yusif Nəzərli
06:37 08.03.2025
Dünya
427
ABŞ-nin yeni administrasiyası bütün dünya üçün yeni eranı başlada bilər
"ABŞ Prezidenti Donald Trampın yanvar ayında baş tutan andiçmə mərasimində qlobal miqyasda fəaliyyət göstərən bir neçə texnologiya nəhəngi rəhbərlik səviyyəsində təmsil olundu. Bu iştirak həm yeni prezidentə dəstək, həm də yeni yaranmış konyekturada mövqe tutma ilə bağlı vacib məqam kimi qiymətləndirilə bilər".
Bu barədə siyasi şərhçi Elvin Baxşalızadə "Sherg.az"a deyib. Ekspert bildirib ki, andiçməyə dəvətlilər sırasında "Tesla" və "Space X"-in əsas sahibi İlon Mask, "Meta"nın "Ceo"su Mark Zukerberq, "Amazon"un əsas qurucusu Ceff Bezos, "Apple", "Tiktok" və "Open AI"-nin baş icraçı direktorları var idi:
"Bəzi iddialara görə, ABŞ daxilindəki hazırkı bürokratik qaydalar texnoloji qiqantların qarşısında bir çox maneələr yaradır. Bu baxımdan onların "sistemdənkənar prezident" Trampa yaxınlaşması və əməkdaşlığı məntiqə uyğundur. Böyük ehtimal texnoloji qiqantlar bir çox bürokratik qaydaların onların xeyrinə dəyişdirilməsi müqabilində ABŞ-yə nəhəng investisiyalar yatırmaq öhdəliyi götürüblər. Artıq bu razılaşmanın ilkin işartıları görünməkdədir. Belə ki,"Apple" korporasiyası yaxın 4 il ərzində ABŞ iqtisadiyyatına 500 milyard dollar həcmində investisiya qoyacağı ilə bağlı böyük öhdəlik götürüb. Bu investisiya süni intellekt başda olmaqla bir çox texnoloji sferanı əhatə edəcək. Bu çərçivədə ABŞ-də 20 mindən çox yeni iş yerinin yaradılacağı bildirilir. Bundan başqa, Tramp seçki dönəmində ona ən ciddi dəstək verən iş adamlarından biri İlon Maskı da unutmadı. Artıq İlon ABŞ dövlət aparatında ən mühüm vəzifələrdən birinə təyinat alıb. O, Hökumət Səmərəliliyi Departamentinə rəhbərlik edir. Burada İlon Maskın əsas hədəfi müxtəlif dövlət strukturlarında xərclərin effektiv xərclənməsinə nəzarət etmək, israfçılığın qarşısını almaq və bu yöndə yoxlanışlar həyata keçirməkdir. Ümumən isə ABŞ-nin yeni administrasiyası və texnoloji qiqantların yaxın əməkdaşlığı qlobal miqyasda bütün dünya üçün yeni eranı başlada bilər. Ola bilsin ki, bu əməkdaşlıq dünyanı tamamilə fərqli yönə istiqamətləndirəcək və burada əsas lokomotiv rolunda məhz texnologiya nəhəngləri çıxış edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət