Yeni ölçmə zamanı Fuci dağının daha hündür olduğu müəyyənləşib
Yusif Nəzərli
08:55 15.03.2025
Dünya
599
Yaponiyanın Yerləşmə İnformasiya İdarəsi UNESCO-nin dünya irs siyahısında olan Fuci dağının hündürlüyünü yenidən ölçüb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, yeni ölçmə zamanı ölkənin ən hündür zirvəsi olan Fucinin əvvəlki ölçmədən daha 5 santimetr uca olduğu (3775,56 metr) müəyyənləşib. Qurum ötən ilin iyulunda ölkə ərazisində yüksəkliklərin yer qabığının deformasiyasına görə necə dəyişdiyini qiymətləndirmək üçün araşdırma aparıb. Araşdırma zamanı ən son texnologiyalar, o cümlədən peyk məlumatları vasitəsilə zirvələrin hündürlüyü ölçülüb. Nəticədə əvvəlki ölçmələrlə müəyyən fərqlər ortaya çıxıb.
Qeyd edək ki, Fuci və ya Fuciyama ("Müqəddəs dağ") adlanan dağ “yatmış vulkandır”. Sonuncu dəfə burada vulkan 1707–1708-ci illərdə püskürüb. Paytaxt Tokiodan 90 kilometr məsafədə yerləşən Fuci dağının yapon mədəniyyətində böyük yeri var. Fuci dağı tarix boyu yazıçıların, şairlərin, rəssamların ilham mənbəyi olub. Dağın ətəklərində Şinto və Taysekici məbədləri də daxil olmaqla, 25 mədəni məkan var. 2013-cü ildə mədəni əhəmiyyəti nəzərə alınaraq UNESCO-nin Dünya İrs Siyahısına daxil edilib. Yaponların mədıni rəmzlərindən olan Fuci dağı dünyada turizm və alpinizm üçün populyar məkan hesab olunur. İldə təxminən 300 min nəfər dağın zirvəsinə dırmanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət