Ananın səsi stresi azaldır

Telefonda ananızla danışmaq, qucaqlaşma qədər stresi azaldır.
Viskonsin-Madison Universitetinin yeni araşdırması göstərib ki, anadan gələn telefon zəngi stresi azaldan oksitosin hormonunun ifrazına təsir göstərir. Bununla da, onun səsini eşitməklə bu hormonun səviyyəsi stimullaşır və qucaqlaşma zamanı biokimyəvi reaksiyalar danışıq zamanı da baş verir. Nəticələr Proceedings of the Royal Society B jurnalında dərc edilib.
Təcrübə zamanı 7 ilə 12 yaş arasında olan qızlar qrupunda test keçirərək, onlara nitq və bir sıra riyaziyyat tapşırıqları təqdim edilib. Bunun nəticəsində onların ürəkləri sürətlə atmağa başlayıb və stress hormone olan kortizol sürətlə artıb. Stresdən sonra, qızların üçdə biri şəxsi olaraq anaları tərəfindən təsəlli edilib. Digər qızlar 75 dəqiqəlik emosional videolar izləyib. Qalanlarına isə anaları ilə telefon zəngi vasitəsilə danışmaq imkanı verilib.
Tədqiqat sübut edib ki, ana ilə sadə bir söhbət belə rahatlıq hissi əldə etmək üçün güclü təsirə malikdir.  Saglamolun.Az