Dünəndən qalan suşi rollarını yemək olmaz! Bu ciddi qida zəhərlənməsinə, daha pisi isə ölümə səbəb olur. Suşi rolların tərkibində konservantlar olmadığı üçün onlar hazırlanma anından etibarən 4 saat ərzində yeyilməlidir.
Sherg.az Medicina.az-a istinadən xəbər verir ki, yapon mətbəxində ixtisaslaşmış aşpazın bu çıxışı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Bu barədə müsahibə verən bir neçə diyetoloq-nutrisoloq aşpazın açıqlamasının doğru olmadığını bildirib. Onlar “Yemək olar, amma ehtiyatla”, deyə bildirib. Əgər rollar dərhal soyuducuya təxminən +4°C temperaturda qoyulubsa, ertəsi gün yemək üçün təhlükəsiz olur. Əgər rollar xüsusilə çiy balıqla olanlar, 2 saatdan çox soyuducudan kənarda qalıbsa, risk etməyə dəyməz. "Bu kifayət qədər ziyanlı bakteriyalar toplusudur və onları orqanizminizə daxil etmək heç də yaxşı fikir deyil", - deyə həkimlər xəbərdarlıq edib.