
Vaşinqton sülh masasına qayıdır: Tramp administrasiyası Bakı-İrəvan razılaşmalarına ortaq olmaq niyyətindədir
04:46 27.05.2025
Siyasət
378
ABŞ Dövlət katibi Marko Rubionun Senatın Xarici Əlaqələr komitəsi qarşısında çıxışı zamanı Cənubi Qafqazdan bəhs etməsi müzakirə mövzusudur. M.Rubio vurğulayıb ki, Azərbaycanla bağlı əsas diqqət bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib. O bildirib ki, münaqişə üçün hələ də real risk mövcuddur və onlar bunun qarşısının alınması üçün çalışırlar.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Donald Trampın Ağ Evə qayıdışından sonra Cənubi Qafqazı diqqətdən kənarda qoyan Vaşinqtonun bu yanaşması məqsədin nə olduğuna dair sualları ön plana çıxarır. Ekspert vurğulayıb ki, Rubio bu sözləri konqresmen Kristofer Smitin sualını cavablandırarkən dilə gətirib:

"Ermənipərəst mövqeyi ilə məşhur olan Smitin məqsədi ABŞ-nin yeni administrasiyasının diqqətini bölgəyə Ermənistanın maraqları kontesktində çəkməkdir. Onun Azərbaycanın ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirdiyi iddiasını irəli sürməsi, eyni zamanda, “məhbuslar və insan haqları” məsələsi üzərindən Vaşionqtonu Bakıya təzyiqə sövq etmək cəhdi də buna hesablanmışdı. Rubio sualı diplomatik çərçivədə cavablandırdı. Bildirdi ki, “bir çox hallarda ideal olmayan ölkələrlə qarşılaşırıq, lakin belə ölkələrlə milli maraqlarımız əsasında münasibət qurmalı, milli maraqlarımızla diplomatiya arasında tarazlıq qurmalıyıq”. Trampın baş diplomatı bununla ABŞ-nin xarici siyasətinə erməni maraqlarına kontekstində yanaşan lobbiçilərə sələflərinin səhvlərini təkrarlamayacaqları mesajını verdi. Rubionun “Azərbaycan və Ermənistan arasında real münaqişə təhlükəsi var və biz bunun qarşısını almağa çalışırıq” sözləri də Konqresə “regionda prioritet məsələnin sabitliyin əldə edilməsi” olduğunu və “administrasiya olaraq bu istiqamətdə işlədiklərini” çatdırmaq məqsədi kimi görünür".
A.Nərimanlıya görə, real münaqişə təhlükəsindən bəhs edən ABŞ-nin hədəfləri arasında Azərbaycan-Ermənistan danışıqlar prosesinə müdaxilə etmək olduğu da istisna edilməməlidir:
"Vaşinqtonun burada iki mümkün niyyəti görünür. Regionun gələcəyini müəyyənləşdirəcək Azərbaycan-Ermənistan danışıqlarından kənarda qalmamaq istəyir. “Dünyada münaqişələrə son qoymaq missiyası”na iddia edən Tramp Administrasiyası Bakı-İrəvan xəttində əldə olunan razılaşmalardan “pay almaq”la öz aktivinə daha bir “uğurlu nəticəni” yazmağa çalışır. Azərbaycan-Ermənistan arasında “real münaqişə” risklərinin azalmasına baxmayaraq, Rubionun belə bir riskdən bəhs etməsi ABŞ-nin “təhlükənin aradan qaldırılması” adı ilə prosesə qoşulmaq cəhdlərinə dair gözləntilər yaradır. İstisna deyil ki, növbəti addım ABŞ dövlət katibinin Bakı və İrəvana zəngi olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya