
Bu hövzələrdə çimmək ciddi təhlükə riski daşıyır -Ekspertdən XƏBƏRDARLIQ
11:25 02.06.2025
Cəmiyyət
390
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Quba şəhərində bir nəfərin suvarma kanalında batdığı bildirilib. Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedici qrupları dərhal əraziyə cəlb olunub və axtarış-xilasetmə tədbirlərinə başlanılıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Digər oxşar hadisə Sabirabad rayonunda baş verib. 2009-cu il təvəllüdlü Bayram Bilalov su kanalında çimərkən boğularaq həyatını itirib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Havaların isinməsi ilə birlikdə insanlar istirahət üçün su hövzələrinə, o cümlədən dəniz və kanallara üz tuturlar. İctimai kanallarda və qeyri-rəsmi çimərliklərdə təhlükəsizlik necə təmin olunmalıdır? Hazırda mövcud olan su hövzələrində nəzarət mexanizmləri yetərlidirmi? Kanal və su hövzələrində fiziki təhlükəsizlik infrastrukturu (qadağa nişanları, baryerlər və s.) nə dərəcədə mövcuddur?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, çimmək üçün nəzərdə tutulmayan kanallar, arxlar, su anbarları təhlükəsizlik baxımından məqsədəuyğun deyil:

“Bu cür hövzələrdə çimmək ciddi təhlükə riski daşıyır və insan həyatı üçün potensial təhdid yaradır. Belə su obyektlərində nəzarətedici qurumlar tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilmir, xilasetmə xidmətləri mövcud olmur və hidrosanitar göstəricilər (fiziki, kimyəvi və bakterioloji tərkib) monitorinqə məruz qalmır. Rəsmi şəkildə çimərlik statusu almış ərazilərdə isə suyun çirklilik dərəcəsi təhlil edilir, sualtı relyef öyrənilir, axın sürəti və potensial təhlükə yarada biləcək obyektlər (kəsici daşlar, şüşə fraqmentləri, metal tullantılar) müəyyən olunur, həmçinin zəruri təmizləmə işləri aparılır. Eyni zamanda, həmin çimərliklərdə operativ reaksiya və xilasetmə xidmətləri fəaliyyət göstərir ki, bu da qəfil boğulma və digər qəza hallarında dərhal müdaxilə imkanı yaradır. Bu səbəbdən belə ərazilərdə boğulma, zədələnmə riski xeyli aşağı olur. Əksinə, qeyri-rəsmi su obyektlərində axın sürəti vizual olaraq zəif təsir bağışlasa da, suyun dibi ilə güclü və dəyişkən alt axınlar hərəkət edə bilər. Bu isə qəfil cərəyanlara düşmə, lildə ilişib qalma və ya dibi görünməyən obyektlərə toxunaraq xəsarət alma kimi təhlükələr doğura bilər. Su bitkiləri, yosunlar və digər maneələr də insanın hərəkətini məhdudlaşdıraraq boğulma riskini artırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya