
Narkomaniyanın nəqliyyat sektoruna sirayət etməsi narahatedici tendensiyadır -EKSPERT
09:45 03.06.2025
Cəmiyyət
410
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərnişin daşıma fəaliyyəti göstərən sürücü ifşa olunub.
DİN-in Mətbuat xidməti xəbər verir ki, stasionar postda yoxlama-nəzarət qaydasında saxlanılan “Hyundai” markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
Müayinə zamanı Hafiz Piriyevin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Barəsində inzibati protokol tərtib edilən Hafiz Piriyev məhkəmənin qərarı ilə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.
Sərnişinlərin həyatı üçün təhlükə yarada biləcək hadisənin qarşısı növbəti dəfə DYP əməkdaşlarının sayıqlığı nəticəsində alınsa da, sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər bu sahədə daha kəsərli tədbirlər görməli, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirləri gücləndirilməlidir.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsinin idarə olunması, yol hərəkəti təhlükəsizliyi baxımından ən ciddi hüquqpozmalardan biri hesab olunur:

“Bu məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də xüsusi qaydada tənzimlənib. Belə ki, spirtli içkilərin təsiri altında nəqliyyat vasitəsinin idarə olunması ilə narkotik maddələrin təsiri altında eyni əməlin törədilməsi arasında hüquqi məsuliyyət baxımından fərq qoyulmuşdur. Narkotik maddələrin təsiri altında avtomobil idarə edən sürücülər barəsində daha ağır inzibati sanksiyalar tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, əgər şəxs ictimai nəqliyyat vasitəsini və ya ümumi istifadədə olan nəqliyyat vasitəsini narkotik maddənin təsiri altında idarə edirsə, bu zaman ona qarşı inzibati qaydada azadlıqdan məhrumetmə və sürücülük hüququndan məhrumetmə cəzası tətbiq edilir. Özünəməxsus və şəxsi istifadəyə verilmiş avtomobillərdə isə cəza bir qədər yüngülləşdirilmiş formada tətbiq oluna bilər, lakin bu hallar da az əhəmiyyətli sayılmamalıdır. Müasir dövrdə narkomaniyanın cəmiyyətin müxtəlif sahələrinə, o cümlədən nəqliyyat sektoruna da sirayət etməsi narahatedici tendensiyadır. Yollarda narkotik vasitələrin təsiri altında olan sürücülərə rast gəlinməsi artıq mütəmadi hal alıb və bu, ictimai təhlükəsizlik üçün ciddi təhdidə çevrilib. Narkotik maddələrin orqanizmdə qalma müddəti spirtli içkilərlə müqayisədə daha uzundur. Spirtli içkilər bir neçə saatdan bir günə qədər orqanizmdən xaric olursa, bəzi narkotik maddələr insan orqanizmində aylarla qalmaqda davam edir. Bu da onların təsirinin daha uzunmüddətli və daha təhlükəli olduğunu göstərir. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən səhər və axşam saatlarında mütəmadi olaraq profilaktik nəzarət tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində narkotik vasitələrin təsiri altında olan sürücülər aşkar olunur və barələrində qanunvericiliyə uyğun tədbirlər görülür. Lakin bəzi hallarda mövcud nəzarət və yoxlama metodlarının yetərsiz olduğu da müşahidə olunur. Daha effektiv nəzarət mexanizminin tətbiqi avtomobillərə xüsusi texniki nəzarət vasitələrinin quraşdırılması və bu vasitələrin mütəmadi işlək vəziyyətdə saxlanılması təklif edilir. O da hələ ki, ölkəmizə gəlib çıxmayıb. Çünki dünyanın bir çox ölkələrində bu yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm