Kondisioner yananda mühərrik sönür
Yusif Nəzərli
02:14 03.07.2025
Sosial
391
İctimai nəqliyyatda komfort yox, narazılıq artır
İlqar Hüseynli: “Köhnəlmiş avtobus parkı və texniki çatışmazlıqlar sərnişinləri narazı salır”
İctimai nəqliyyatda kondisioner problemi həllini tapmır. Hər nə qədər müasir avtobuslar alınsa da, hətta ən müasir, ekoloji təmiz elektro-buslar istismara verilsə də, sərnişinlərin rahatlığı tam təmin edilmir. Səbəb nədir? İctimai nəqliyyatdakı problemlərdən danışan sosioloq İlqar Hüseynlinin fikrincə, burada səbəblər bir deyil, çoxdur:
- Əvvəla, ictimai nəqliyyat sektoruna aid avtobus parkı tamamilə yenilənməyib. Bu gün həm paytaxtda, həm də Bakıətrafı qəsəbə və kəndlərə hərəkət edən sərnişin avtobusları arasında ötən əsrə aid olan “DAEWOO” avtobusları, Koreya, Çin, Türkiyə istehsalı olan avtobuslar var ki, istismar müddətləri çoxdan başa çatıb. Bu avtobuslar diskomfortdur. O qədər köhnəliblər ki, oturacaqları qırıq-sökük, mühərrikləri də normal işləmir. Havaya zəhərli qazlar ötürürlər. Zəhərli qazlar avtobus salonunun içinə də dolur. Bu avtobuslarda kondisioner nəzərdə tutulsa da, işləmir, işlətmək mümkün olmur. Sürücülər ehtiyat edir, deyirlər ki, kondisionerin gücü çatmır, salonu sərinlətməyə. Eyni hal müasir “Bakubus” avtobuslarında da yaşanır. Sərnişinlərin narazılığını görən sürücülər deyir ki, kondisioner yananda mühərrik sönür. Bu necə quruluşdur ki, bir cihaz digər cihazın işləməsinə mane olur? Ya bu avtobuslarda mühərrik sistemi, elektron sistem pozulub, ya da bizim iqlimə uyğun deyillər. Elə avtobus var, yoxuşu çıxanda mühərriki sönür. Bəlkə də, sürücülər təlimatlı deyillər, ona görə belə problemlər yaranır. Bu isə ictimai nəqliyyatdan müntəzəm istifadə edənlər üçün narahatlıq yaradır və narazılığa səbəb olur. Metroda kondisionersiz vaqonlar hələ də xəttə buraxılır. Metronun inkişaf proqramı qəbul edilib, yeni stansiyalar tikilməlidir, yeni vaqonlar alınmalıdır. Görək, problemlər həllini tapar yaxın gələcəkdə.
Mütəxəssis qeyd etdi ki, ictimai nəqliyyatda problemlərin həlli üçün brutto müqavilələrə keçid təmin olunmalıdır:
- Brutto müqavilələr nədir, daşıyıcılara hər kilometrə görə subsidiya verilir və qarşılarına daha sərt, sərnişinlərin rahatlığını təmin edəcək tələblər qoyulur. Hazırda daşıyıcılar yalnız öz imkanları hesabına bu işi görür, əsas gətirirlər ki, maliyyə azdır, problemləri aradan qaldırmağa vəsaitləri çatmır. Bunun üçün də "Brutto müqavilə"lərə keçid edilməlidir ki, maliyyə dayanıqlılığı təmin olunsun. Yəni ictimai nəqliyyata investisiya qoyuluşu artmalıdır.
Qeyd edək ki, 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada "Brutto müqavilə" modelinə keçidin təmin edilməsi planlaşdırılır. "Brutto müqavilə"si ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır. "Brutto müqavilə"nin tətbiqi zamanı sərnişinlərlə sərnişin daşıyan şirkət arasında bir qurum yaradılır, gediş haqqından toplanan pullara nəzarət edən bu qurum daşıyıcı şirkətlərə hər kilometrə görə pul ödəyir. “Brutto müqavilə” onu nəzərdə tutur ki, daşıyıcılara hər ay müəyyən bir həddə məbləğ ödənilir, gediş haqqından əldə edilən gəlir isə birbaşa dövlət büdcəsinə transfer edilir. Artıq daşıyıcılar sərnişinlər üzərində rəqabət aparmır. Daşıyıcının vəzifəsi müəyyən olunan marşrut üzrə insanları bir nöqtədən digərinə çatdırmaqdır. Daşınan sərnişinlərin sayından asılı olmayaraq daşıyıcı stabil gəlir əldə edir. “Brutto müqavilə” zamanı ödəniş haqqı kilometrə görə dəyişir. İctimai nəqliyyatdan istifadəyə təşviq artsın deyə, bir nəqliyyat növündən digərinə keçidlər pulsuz olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz