6 yaşı var, çəkisi 68 kiloqramdır
22:10 24.09.2021
Sağlamlıq
531
Mustafa daim aclıq hiss edir, onu məktəbə anası aparıb-gətirir
Türkiyənin Qaziantep şəhərində doğuşdan Prader-villi sindromu xəstəsi olan Mustafa Özdəmir 6 yaşında 68 kiloqram çəkiyə sahibdir. Yeganə istəyi yaşıdları kimi qaçıb-oynamaq olan Mustafanın anası oğluna qulluq etməkdə çətinlik çəkdiyini bildirərək, yardımsevər insanlardan oksigen balonu və qaçış lenti əldə etmələrinə yardımçı olmalarını istəyir. “Milliyyet.com”un yazdığına görə, Mustafa Özdəmir 2015-ci ildə dünyaya gəlib. Uşaq 3 yaşına çatanda valideynləri müxtəlif rahatsızlıqları olduğunu və həddindən artıq kökəldiyini görüb həkimə müraciət edib. Mustafaya genetik test aparılıb. Testin nəticələrinə görə, Mustafada dünyada 16 min insanda rast gəlinən köklük xəstəliyi - Prader-villi sindromu diaqnozu qoyulub. Bu xəstəliyin müalicəsi yoxdur. Xəstələr davamlı aclıq hiss edir və qidalanmaq istəyirlər. Mustafa da belədir. Davamlı qidalandığından 6 yaşında 68 kiloqram çəkiyə sahib olub. Köklük səbəbindən danışmaqda çətinlik çəkir, hərəkət edə bilmir, əzələ boşalmaları problemi ilə yaşayır. Bu il Mustafa ibtidai sinfə gedib. Onu məktəbə anası aparıb-gətirir. Mustafanın atası isə deyir ki, uşaq dünyaya gələndə normal çəkidə - 1 kiloqram 300 qram olub. Lakin zaman keçdikcə uşağın sürətlə kökəldiyini fərq ediblər. Xəstəlik səbəbindən Mustafa yaşıdlarından geri qalır. Mustafaya həkimlər arıqlamaq üçün dərmanlar təyin edir, lakin heç nə kökəlmənin qarşısını almır. Ailə həm Mustafaya qulluq etməkdə, həm də müalicə xərcləri baxımından çətinlik çəkir. Mustafa dərsə gedərkən çox əziyyət çəkir. Məktəbin zəngi çalınandan ancaq 10 dəqiqə sonra sinfə daxil ola bilir. Mustafanın nəfəs alması da çətinləşib. Valideynləri oksigen balonu və qaçış lentini də bu səbəbdən əldə etmək istəyir. Anası “oğlumu bu halda görmək ürəyimi dağlayır. Oğlumu yaşıdları kimi qaçıb oynayan görmək, dostlarıyla əylənən görmək istəyirəm” söyləyib.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə