Alman alimlər əmin edir
Məlahət Rzayeva
00:23 27.08.2021
Sağlamlıq
574
Peyvənd xəstəliyin qarşısını almasa da, onun ölüm riskini xeyli azaldır
Almaniya alimləri peyvənd narahatlığı yaşayanların bu sualına cavab tapıb.
“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, bəzi insanların tam peyvənd olunmalarına baxmayaraq "COVİD-19"-a yoluxmasının səbəbləri Almaniya tibb mütəxəssisləri arasında müzakirə edilir. Alman alimlər bildirir ki, peyvənd olunduqdan sonra yoluxmanın baş verməsinin bəzi insanlarda peyvəndə inamsızlıq yaradacağı gözlənilən idi. Lakin insanlardakı bu inamsızlıq peyvəndin qoruyucu xüsusiyyətinin az olması anlamına gəlmir.
Peyvənd xəstəliyin qarşısını almasa da, onun ölüm riskini xeyli azaldır. Peyvənd olunmuş insanlar yoluxsalar da, xəstəliyi daha yüngül keçirir, məhz peyvənd sayəsində ağırlaşma halları olmur, xəstəlik orqanizmdə qalıcı təsir buraxmır, orqanların zədələnməsinin qarşısı alınır, ölüm riski sıfırlanır. Alimlər müəyyən edib ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən korona xəstələrinin böyük qismi peyvənd olunmayanlardır. Almaniyanın Dortmund Universitetindən immunoloq Carsten Watzl qeyd edir ki, peyvənd olunanların sayı artdıqca yoluxma sayı da artır.
Bu isə yoluxucu xəstəliklərdə gözlənilən vəziyyətdir. Almaniyada peyvəndləmə kampaniyasının başladığı ötən ilin dekabr ayından bu ilin avqust ayının ortalarınadək peyvənd olunmuş insanlardan 13 min 360 nəfərdə simptomatik COVİD-19 təsbit edilib. Xəstəliyi simptomatik keçirənlər bu səbəbdən analiz vermirlər. Və onların xəstəliyi hansı dərəcədə keçirdikləri bəlli olmur.
İmmunoloq bu fikirdədir ki, peyvənd olunanlar da, xəstəliyin yüngül əlamətlərini hiss edənlər də mütləq analiz verməli, COVİD-19-la bağlı test cavablarına sahib olmalıdırlar. Peyvənd olunanların 80-90 faizi xəstəliyi ağır keçirməkdən sığortalanmış haldadır. Lakin peyvəndləmədə yaş kateqoriyası, hansı dozada peyvəndolunma da önəmlidir. Alim bildirir ki, BioNTech/Pfizer və AstraZeneka peyvəndlərində ikinci dozadan 6 ay sonra peyvəndin təsiri azalmağa başlayır. Buna görə də, ikinci dozadan müəyyən vaxt keçdikdən sonra (həkimlə məsləhətləşmə aparılmalıdır) davamlı qorumanı təmin etmək məqsədilə xatırlatma dozası vurdurmaq məsləhətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə