Ana 7 aylıq körpəsinin qidalanmasına diqqət yetirməlidir
23:43 12.06.2021
Sağlamlıq
528
Gənc anaları 7 aylıq körpələrinin sağlam böyüməsi üçün nə ilə qidalanmalıdır sualı çox düşündürür. Çünki, uşağın sağlam böyüməsi üçün, orqanlarının normal inkişafı üçün bir yaşına qədər normal qidalanması lazımdır. Bir yaşına qədər sağlam və normal qidalanan uşaqların orqan və toxumalararı, əzələ-sümk sistemi, həzm sistemi, sinir sistemi çox yaxşı inkişaf edir.
Bu da uşağın anasından birbaşa asılıdır. Uşağın 7 ayı olduqda onun hərəkətlərində canlanmalar əmələ gəlir ki, bu fiziki proseslər səbəbindən meydana çıxır. Bu səbəbdən də ana 7 aylıq körpəsinin qidalanmasına diqqət yetirməlidir.
Uşaq 7 aylığında artıq ana südü ilə bərabər, meyvə şirısi, müxtəlif sıyıqlar, püre və s. ilə qidalanır. Artıq 6 ay bitdikdən sonra uşağın mədə-bağırsaq mikroflorası tam formalşmış olur. İndi onun mədə-bağırsağı əlavə qidalara asanlıqla uyğunlaşa bilir. 7 aylıq uşağın əlavə qidalarla bərabər ana südü əmməsində çox fayda var.
7 aylıq uşağın daima uzanması onun bağırsaqlarında qidaların yığılıb xaricə çıxmaması üçün şərait yaradır. Amma, uşağın hərəkətli olması və enerji itirməsi bağırsaqlrın hərəkət fəaliyyətini artıra bilir.
7 aylıq uşağın süd dişləri formalaşmış olur. Dişlərin daha sağlam olması üçün isə uşağın çoxlu vitamin, kalsiumla zəngin qidalarla qidalanması lazımdır. Bu ay uşağa ötən aydakından bir az artıq əlavə qida vemək lazımdır. Artıq bu aydan etibarən uşaq orqanizminin vitamin və minerallara olan ehtiyacı artır. Uşaq orqanizminin vitamin və minerallara olan ehtiyacını isə süddə bişən sıyıqlar, qarabaşaq sıyığı, tərəvəz və ya meyvə püresi və onlara əlavə edilən şüyüd, cəfəri ödəyir.
Bu aydan başlayaraq uşağın qida rasionunun daha da rəngarəng etmək lazımdır.
7 aylıq uşaq gün ərzində aşağıdakı qədər qida qəbul edə bilər:
- Çörək - 5 qram
- Tərəvəz püresi - 170-180 qram
- Sıyıq - 150-180 qram
- Kəsmik - 40 qram
- Yumurt sarısı - yarım ədəd
- Ət püresi - 30-50 qram
- Peçenye - 5 qram
- Meyvə şirəsi - 5-30 qram
Mütəxəssislər südəmər uşağa verilən kəsmiyin ev şəraitində analar tərəfindən hazırlanmasını məsləhət bilir. Milli.Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə