AQTA: "Enerji dəyəri deyil, qida dəyəri yüksək olan məhsullara üstünlük verilməlidir
Yusif Nəzərli
06:20 27.12.2023
Sağlamlıq
627
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sağlam qidalanma ilə bağlı bir neçə vacib amilə diqqət çəkib.
Bu barədə AQTA-dan bildirilib ki, sağlam həyat tərzinin bünövrəsini təşkil edən amillərdən birincisi balanslı qidalanmaqdır.
Qeyd edilib ki, balanslı qidalanma orqanizmin normal fəaliyyət göstərməsi üçün yaşdan, cinsdən və fiziki aktivlikdən asılı olaraq lazımi miqdarda yağ, zülal, karbohidrat, su, həmçinin vitamin və mineralların qəbulu deməkdir. İkinci vacib məsələ enerji dəyəri deyil, qida dəyəri yüksək olan məhsullara üstünlük verilməsi ilə bağlıdır. "Qida dəyəri" dedikdə, qidanın bizə verdiyi kalori deyil, tərkibindəki faydalı maddələr nəzərdə tutulur. Məsələn, 100 qr paxlavada yüksək dərəcədə kalori (450 kkal) olsa da, bu məhsul vitamin, mineral, zülal və lif baxımından çox zəif tərkibə malikdir. Çox aşağı kalorili yumurta isə (1 ədəd ortaölçülü yumurta 60 qr – 92 kkal) qida dəyəri baxımından daha üstündür.
Sağlam qidalanmanı şərtləndirən əsas amillərdən biri də insulinə nəzarət edilməsidir. Qənd, şəkər tozu, şirinləşdirilmiş içkilər, emal olunmuş qənnadı məmulatları kimi sadə karbohidratların qəbulu normadan artıq insulin ifrazını aktivləşdirməklə sağlamlığa mənfi təsir göstərə bilir. Bu da insulinə davamlılığın yaranması üçün risk faktorlarından biri hesab edilir. Bu da öz növbəsində ikinci tip diabet, ürək-damar xəstəlikləri, piylənmə və bir sıra digər sağlamlıq problemlərinə yol açır. Buna görə də, şəkər və sadə karbohidratları yüksək olan qidaların istehlakı məhdudlaşdırılmalı, tam taxıllardan hazırlanmış, bol zülal və lif tərkibli qidalara, noxud, lobya və digər paxlalı bitkilərə, həmçinin tərəvəzlər kimi mürəkkəb karbohidratlara üstünlük verilməlidir.
Bununla bağlı AQTA tərəfindən xüsusi videoçarx da hazırlanıb. Həmin videoçarxa aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:
https://youtu.be/zSfEoJU83xg
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət