Azərbaycanda pensiyaçıların sayı artıb
09:53 25.08.2025
Sağlamlıq
506
2025-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 166.2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 152.1 min) nəfər, əlilliyə görə 42.1 min nəfəri əlilliyi olan uşaqlar olmaqla, cəmi 221.2 min (müvafiq olaraq 44 min və 219.2 min) nəfər, ailə başçısını itirməyə görə 52.1 min (54.5 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22.9 min (22.6 min) nəfər olub.
Sherg.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 167 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4 min ailəsinə 5.9 min uşaq üçün aylıq müavinət verilib.
"Bundan əlavə, 3 215 nəfər bir yaşınadək uşağı olan 3 120 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən əlilliyi olan 32 uşağa görə 31 ailəyə və beşdən çox uşağı olan 2.8 min qadına 12.8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 284 şəxsə isə kompensasiya verilib. Həmçinin 2025-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 18 min ailəyə 18.7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3.6 min şəxsə müalicə üçün, 3.4 min nəfərə dəfn üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2.8 min nəfərə birdəfəlik müavinətlər verilib",- deyə məlumatda qeyd edilir.
Bildirilir ki, 2025-ci il iyulun 1-i vəziyyətinə 80.3 min aztəminatlı ailənin 353.3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 100.37 manat təşkil edib. Həmçinin müxtəlif kateqoriyadan olan 403.3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm