Azərbaycanda sərt karantin: xəstəxanalarda yer qalmayacaq, dərmanlar...
12:12 14.07.2021
Sağlamlıq
613
Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmazdır.
AZSABAH.COM xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, hazırda hökumətin və Operativ Qərargahın üzərinə böyük yük düşür: “Koronavirus mutasiyaya uğramağa davam edir və mutasiyaların hər biri özünü fərqli şəkildə büruzə verir. “Alfa”, “Beta”, “Qamma”, “Delta” ştammları aydın simptomlara görə daha çox fərqlənirlər, amma bu ştammların genomu eynidir. “Delta” ştammının digər COVID-19 variantlarından fərqi daha çox yoluxucu olmasıdır. Hindistanda vəziyyət dəhşətlidir, milyonlarla xəstə, minlərlə ölən var. Cəsədlər küçələrdə, kütlə içərisində toplanır ki, bu da hər kəsdə qorxunc bir mənzərə formalaşdırır. Virusoloqlar “Delta” ştammının Hindistanda göstərdiyi dəhşətli performansı gördükdə bunun 4-cü dalğaya səbəb olacağını düşünürdü. Rusiyada bu ştamm çox sürətlə yayıldı, ancaq bu ölkədə peyvəndin sayı da çoxdur.
“Delta” Azərbaycanda da aşkar olundu. Vətəndaşlarımız özlərini sanki pandemiya bitmiş kimi aparırlar. Karantin rejimi yumşaldılsa belə, karantin qaydalarına riayət eməliyik, tam rahatlaşmaq lazım deyil. Hazırda hökumət və Operativ Qərargahın üzərinə böyük yük düşür. Bu gün bu dəhşətli vəziyyətin bütün respublikaya yayılmasının qarşısını almaq üçün dövlətin qarşısında çox ciddi və çətin bir tapşırıq var”.
Professor qeyd edib ki, sözügedən ştamm Azərbaycanda sürətlə yayılsa, dəhşətli vəziyyət yaranacaq:
“Həm stasionar, həm də poliklinikada şəraitin dəhşətli bir vəziyyət alacağını hesab edirəm. Dərmanların, stasionar yerlərin sayında çatışmazlıq olacaq, buna görə də bütün bunlara hazır olmalıyıq. Dövlətimiz əhalinin immunizasiyası üçün daha ciddi addımlar atmalıdır. Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmaz olacaq”.
A.Qeybulla əlavə edib ki, vaksinin üçüncü dozası immunitetin gücləndirilməsi üçün nəzərdə tutulub: “Nəzərə alsaq ki, iki doza 6 aylıq müddət üçün nəzərdə tutulub, üçüncü doza həmin müddəti uzadacaq. Operativ Qərargah əhalinin immunizasiyası istiqamətində artıq intensiv və konkret addımlar atmalıdır. Hər bir dövlət, hər kəs Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) tövsiyələrini yerinə yetirməlidir. Eyni zamanda insanları daha etibarlı, bu ştammlara davamlı peyvəndlərlə təmin etmək üçün ciddi tədbirlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya