Azərbaycanın dörd karateçisi COVID-ə yoluxub
06:59 23.08.2021
Sağlamlıq
450
“Keçən Avropa çempionatında dörd qızıl medal qazanmışdıq, bu dəfə dörd final keçirdik. Təəssüf ki, Rumil Cəfərliyə qarşı qərəzli mövqe olduğundan, ən yüksək əyarlı nəticəmizi təkrarlaya bilmədik. Bu gümüş medal da qızıla çevrilsəydi, Azərbaycan ümumi komanda hesabında 45 ölkə arasında ikinci olacaqdı”.
Oxu.Az xəbər verir ki, bunu karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamızın baş məşqçisi Anar Allahverdiyev deyib.
Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın yeniyetmə və gənc karateçiləri üç qızıl, bir gümüş və üç bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan üçüncü yeri tutub.
“Üçüncü yer də yüksək nəticədir. Nəzərə alsaq ki, 10 ölkə yarışı əliboş tərk edib, 7 milli komanda isə üç yaş dərəcəsində yalnız bir bürünc medala sahib ola bilib, əlavə şərhə ehtiyac yoxdur. Onu da qeyd edim ki, yarışa yollanan gün dörd yeniyetmə idmançımızının COVID testi pozitiv çıxdığından, heyətdən kənar qaldı. Onlar da medal gözlədiyimiz idmançılar idi. Sentyabrda gənclər komandasının MDB Oyunlarında və İstanbulda Gənclər Liqasında iştirak etməsi nəzərdə tutulur. Bakıya dönən kimi bu məsul yarışlara hazırlaşacayıq”.
Qeyd edək ki, Tamperedə Avropa çempionatından əvvəl Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinə imtahan verən hakimlərimizdən Mais Mədətov beynəlxalq dərəcəsini artırıb, Vüsal İsrafilov və Seymur Məmmədov isə sınaqlardan uğurla çıxaraq Azərbaycanın beynəlxlaq karate hakimlərinin sayını doqquz nəfərə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat
Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...
20:27 20.06.2026
Region
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
20:14 20.06.2026
Cəmiyyət