Bakıda 22 686 təhsil işçisi iki doza vaksin vurdurub

“Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Təhsil sahəsi daha çox kütləni əhatə edir. Əyani tədrisi arzulayırıqsa, bu yol yalnız vaksinasiyadan keçir”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib. O bildirib ki, təxminən 22 686 təhsil işçisi iki doza vaksin vurdurub: “Təhsil işçilərinin 80-90 faizi vaksinasiyadan keçməlidir ki, əyani tədrisi bərpa edək”.

BŞTİ müdiri qeyd edib ki, təhsil işçilərinin vaksinasiyada fəallığı göz önündədir: “Müəllimlərimiz ziyalı təbəqədir və hər zaman öndə olmalıdırlar. Bakının 7 rayonundakı məktəblər fəal vaksinasiyadan keçib. 37 məktəbdə 90 faiz heyət peyvənd olunub”.