
“Bəzi universitetlərdə qaydalara riayət olunmur” – Yoluxma artır!
Yusif Nəzərli
14:14 15.10.2021
Sağlamlıq
769
Bakıda 2 universitetdə koronavirusa yoluxma faktı qeydə alınıb. Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dillər Universitetinin 2 qrupunda yoluxma olduğu üçün həmin qruplar distant təhsilə keçib. Məsələ ilə bağlı hər iki universitetlə əlaqə saxladıq:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov Bakupost.az -a açıqlamasında yoluxanların Fizika və Musiqi və İncəsənət fakültələrinin tələbələri olduğunu deyib:
"Universitetin fizika və riyaziyyat, eyni zamanda incəsənət və fiziki tərbiyə fakültəsinin 1 qrupunda koronavirus aşkarlanıb. Yoluxma ilə əlaqədar olaraq tələbələrin təhsil aldıqları qruplarda dərslər 2 həftəlik distant formaya keçirilib".
Azərbaycan Dillər Universitetindən isə Bakupost.az -a bildirilib ki, tədrisin distanta keçməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil:
"Dərslər başlayandan bu günə qədər 8 tələbədə COVID-19 aşkarlanıb. Həmin tələbələr karantinə alınıb. Tədrisin distanta keçməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Qrupun karantinə alınması, yaxud dərslərin onlayna keçməsi yalnız bir qrupda 3 tələbədə virus aşkar olunduğu təqdirdə olur. Belə hal isə ADU-da yoxdur".

Vəziyyəti dəyərləndirən tibb üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu gün 1850 nəfər yoluxub. Sayın artması bizə daha da tədbirli olmaq üçün siqnal ötürür. Ancaq hələ də buna məhəl qoymayan şəxslər var:
“Məktəblərin və universitetlərin açılması müsbət hal kimi qarşılandı . Son yoluxma statistikasından belə başa düşmək olar ki bütün təhsil müəssisələri üçün yenə də qapanmaq təhlükəsi var. Tədris ili başlayanda ali məktəblərin önündə yaranmış sıxlıq COVİD-19 pasportlarının yoxlanışı zamanı yaranan insan izdihamı bugünkü mövcud statistikaya da ciddi təsir göstərib. Tədris ili başlamazdan öncə bu prosesi proqram əsasında tənzimləmək lazım idi. Xüsusilə qeyd edim ki özəl təhsil müəssisələrində şagird sayı nisbətən az olduğu üçün yoluxma riski dövlət təhsil müəssisələrinə nəzərən aşağıdır. Bu səbəbdən onlara daha çox diqqət ayırmaq məqsədəuyğun olardı. Tənəffüs vaxtlarının mərhələli şəkildə təşkili auditoriyalarada eləcə də dəhlizdə tibbi maskalardan istifadə tələbələrin gigiyenik qaydalara əməl etməsi olduqca vacibdir. Hazırda ictimai nəqliyyatda da kifayət qədər ciddi sıxlığın olduğunu müşahidə edirik. Bu da öz növbəsində yoluxmanı sürtləndirir”.
Ş.Namazlı hesab edir ki, tədris ilinin başlanğıcında riayət olunan gigiyenik qaydalara hazırda bir çox təhsil müəssisələrində o qədər də ciddi riayət olunmur:
“Hazırkı statistika bunu deməyə əsas verir. Universitetlərdə təhsil alan tələbələrin ailələri vaksinasiya prosesində iştirak edibmi? Bu fakta da diqqət yetirmək lazımdır. Bir qrupun hər hansısa bir üzvündə yoluxma qeydə alınıbsa, həmin qrupun onlayn şəkildə tədris prosesində iştirakı məqsədə uyğundur. Müəllim heyətində vaksinin dozasına da diqqət yetirmək lazımdır. Bir qisim var ki, birinci doza ilə kifayətlənib. COVİD bir bəladır. Hələ ki bizmlə birgə addımlayır. Təhsil bizim üçün olduqca önəmlidir. Bu gün əyani təhsili bərpa etmişiksə, bunu elmə, maarifə etmişik. Lazım olan gigiyenik qaydalara öncədən əməl edək ki distant təhsilə geri dönməyə gərək qalmasın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya