“Britanski” ştamm Azərbaycana necə gəlib? – AZAL-a ittiham: “Araşdırılsın!”
Banuçiçək Kalbalıyeva
13:53 19.03.2021
Sağlamlıq
634
Xəbər verdiyimiz kimi, Azərbaycanda da "Britaniya ştammı"na yoluxanlar var.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, indiyədək ölkəmizdə “COVID 19”-un "Britaniya ştammı"na və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.
Qeyd olunub ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun "Britaniya ştammı" aşkarlanıb. Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.
Əlbəttə, bu məsələ ilə bağlı çoxsaylı suallar var. Məsələn ReAL partiyasının icraçı katibi Natiq Cəfərli özünün Facebook hesabında aidiyyəti quurmlara suallar ünvanlayıb:
Brincisi, AZAL-ın daxili və ölkənin qaydalarına görə uçağa ancaq mənfi testi olan insanlar buraxılır. İkincisi, əgər belədirsə, o 3 nəfər yoluxmuş təyyarəyə necə minib? Üçünücüsü, belə çıxır ki, AZAL və Operativ Qərargah öz işini yaxşı görmür, xaricdə edilən testlər fiksiyadır...
Dördüncüsü, yox, əgər testlər doğru aparılır və nəzarət güclüdürsə, o 3 nəfərin harda və necə yoluxması haqqında niyə məlumat yoxdur?..”.
Göründüyü kimi, N.Cəfərli də şəffaflığın olmadığından narahatdır. Ən azından ya əməldə, ya da sözdə...
Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu iddialar barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Ola bilsin, müayinə dəqiq aparılmayıb, səhlənkarlıq olub. Lakin dəqiq söz demək çətindir. Məsələ ciddi araşdırılmalıdır. Yalnız bundan sonra konket danışmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat