"Cerrahpaşa"nın professoru: Uşaqların maska taxması çox önəmlidir
14:36 11.04.2021
Sağlamlıq
641
Son günlər uşaqlar arasında COVID-19-a yoluxmada rəqəmlər artıb.
Sherg.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, rəqəmlərin artması valideynlərdə də narahatlıqlara səbəb olub. Bununla belə, bir çox ölkələrdə virusdan qorunmaq üçün uşaqların da peyvəndi məsələsi gündəmə gətirilib. Türkiyədə artıq 2 peyvəndin uşaqlar üçün də yararlı olduğu bildirilib.
Belə ki, "Pfizer-BioNTech" vaksininin 12-15 yaş arasında, valideyni tərəfindən könüllü olaraq peyvəndlənməyə gətirilən 2 min 260 uşaq üzərində aparılan araşdırma zamanı onun simptomlu xəstələrə qarşı 100 faizlik təsirə malik olduğu və heç bir əlavə təsirinin olmadığı bəlli olub.
"Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-17 yaşlarındaki 550-dən çox uşaq üzərində aparılan peyvəndlənmə zamanı təsirli və etibarlı olduğu aşkarlanıb.
Türkiyənin "Cerrahpaşa" tibb fakültəsinin professoru Kənan Midilli rəqəmlərdəki artımın səbəblərindən danışıb:
"Bunun əsas səbəbi birinci dalğa zamanı məktəblərin, təhsil müəssiələrinin bağlı olması ilə əlaqədardır. Lakin sonradan bəzi ölkələrdə məktəblər, digər təhsil müəssisələri açıldığı üçün rəqəmlərdə də artım oldu".
O bildirir ki, son rəqəmlərə görə yaşı 15-dən aşağı olanlar arasında virusa yoluxma ümumi rəqəmlərin 5, yaşı 2-dən az olanlar arasında isə 2 faizini təşkil edir.
Professor bu xəstəliyin uşaqlarda ölümcül təsirə malik olması ilə bağlı hər hansı bir dəlilinin olmadığını deyib:
"Bir yaşdan kiçik və xroniki xəstəlikləri olan uşaqlar daha çox risk qrupuna aiddirlər. Ümumilikdə isə onu deyə bilərəm ki, uşaqların 90 faizi xəstəliyi yumşaq keçirsə də, onlar daşıyıcı olduğundan ətraf aləm üçün təhlükə hesab edilirlər. Bu səbəbdən uşaqların maska taxması virusun daha da genişlənməsinin qarşısını almaq üçün çox önəmlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya