“COVAX Azərbaycana peyvəndlərin təqdim olunmasını ləngidir”
12:53 27.03.2021
Sağlamlıq
489
“BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından irəli sürülmüş vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamənin qəbul edilməsi koronovirus pandemiyası ilə beynəlxalq mübarizəyə ölkəmizin növbəti töhfəsi kimi qiymətləndirilməlidir”.
Bunu APA-ya Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan COVID-19 virusuna qarşı peyvəndin ədalətli bölgüsü və əlçatanlığını təmin etmək məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdəndir. Lakin COVAX əldə olunmuş razılaşmanı pozaraq, Azərbaycana peyvəndlərin təqdim olunmasını ləngidir. “Əldə olunmuş razılaşmada nəzərdə tutulan vaxt qrafikinə əməl olunmayıb. Bundan başqa, razılaşdırılmış sayda vaksinin veriləcəyi də sual altındadır. Bu, COVAX-a olan etimadı əsaslı dərəcədə sarsıdır. Xüsusilə də ona görə ki, vaksinlərin bölüşdürülməsində ikili standartlar yol verildiyi müşahidə olunur. Heç bir əsas olmadan ölkələr arasında seçim aparılır, halbuki, koronavirus qlobal miqyaslı bir problemdir”.
Soltan Məmmədov bildirib ki, Azərbaycan peyvəndin tətbiqinə ilk başlayan ölkələrdən biri olub. Dövlətin vaxtında gördüyü tədbirlər nəticəsində ölkəyə zəruri sayda peyvəndlərin idxalı təmin olunur:
“Bu gün Azərbaycan peyvənd olunanların sayına görə MDB ölkələri içərisində ilk sıralardadır. Proses uğurla gedir. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün bütün zəruri addımlar atılır. Bu mənada hesab edirəm ki, məhz vaxtında atılmış addımlar sayəsində biz vəziyyətdən çıxa biləcəyik. Artıq 500 mindən çox vətəndaşımız peyvənd olunub. Bu xəstəliyin kütləvi yayılmasının qarşısının alınması baxımından çox ciddi göstəricidir”.
Millət vəkili hesab edir ki, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması Azərbaycanın qlobal əhəmiyyətli məsələlərə məsuliyyətlə yanaşan, ümumbəşəri problemlərin həllinə töhfə verməyə qadir ölkə olduğunu bir daha təsdiqləyir: “Azərbaycan tərəfdaşlarından da eyni dərəcədə məsuliyyətli yanaşma gözləyir. Təəssüf ki, COVAX platformasının son dövrdəki fəaliyyəti ümumilikdə həm də bütün dünyada COVID-19-la mübarizə sahəsidə əməkdaşlığa, qarşılıqlı etimada zərbə vurur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm