Dünya toyuq ətini nədən belə çox sevir?
09:06 28.09.2021
Sağlamlıq
533
2020-ci ildə dünyada 325 milyon ton toyuq əti istehsal edilib. İstehsalın 40,6 faizini– 132 milyon tonunu məhz toyuq qanadı təşkil edib ki, bunun da dünyada ən çox istehlak edilən qida növü olması müəyyənləşib.
Bu məlumatlar İqtisadi İnkişaf və İş Birliyi Təşkilatı və Qida və Tarım Təşkilatı 2020-ci il hazırladığı hesabatdandır. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, hesabata görə, qarşıdakı illərdə də toyuq əti ən çox istehlak edilən qidalar sırasında olacaq. Bəs dünya əhalisini toyuq ətinə “bağlayan” nədir? Niyə bu qədər sevilir və yeyilir toyuq əti? Mütəxəssislər bu fikirdədir ki, orqanizmin toyuq ətinin sevməsinin bir neçə səsəbi var. Amma bunu da xatırladırlar ki, söhbət keyfiyyətli toyuq ətindən, tərkibində kimyəvi inqridiyentlər olmayan, təbii şəraitdə və təmiz qidalarla qidalandırılan toyuqlardan gedir.
Toyuq əti böyük miqdarda protein qaynağıdır. Hər yaş təbəqəsi üçün gündəlik yeməklərdə istifadə oluna bilər. Toyuq ətindəki protein tez həzm olunandır. Əzələ inkişafına xidmət edir, sümükləri bərkidir. Bu mənada uşaqlar üçün faydalıdır. İdmançılar üçün də vazkeçilməz sayılır.
Toyuğun dərisiz və yağsız döş əti yüksək proteinə malik olsa da, yağ tutumu çox aşağıdır. Bu səbəbdən də artıq çəkidən xilas olmaq istəyənlər üçün faydalı qidadır. Döş əti əzələ yumşalmasının qarşısını alır, qanda şəkəri nəzarətdə saxlayır. Hamilə və körpə əmizdirən analar üçün dietik qida sayılır, xəstəxana mətbəxlərinin “olmazsa-olmaz”ıdır. Mütəxəssislər araşdırıb ki, insan beyni toyuq ətinə müsbət reaksiya verir. Çünki toyuq əti beyinə gərək olan B12 vitamininə malikdir.
Toyuq ətində “Triptofan” adı verilmiş amino-asid faizi yüksəkdir. Bunun sayəsində beyində serotonin maddəsinin artmasına kömək edir, nəticədə insan özünü yaxşı hiss edir, ruh yüksəkliyinə malik olur. 7-dən 70-ə əksəriyyətin sevdiyi toyuq ətinin istehsalında texnologiyalar sayəsində daha az enerji, daha az su, daha az yemdən istifadə olunur. Bu mənada toyuq əti istehsal etmək də sərfəlidir. Qənaətli və asan əldə edilən qida növüdür. Bişirmək də asandır. Toyuq ətindən müxtəlif yeməklər, salatlar hazırlana bilir.
Həm də qısa zaman ərzində. Buna görə evdar xanımların da sevimlisidir. Toyuq ətinin tərkibində potasium, kolin, maqnezium, kalsium, dəmir kimi minerallarla yanaşı A.D, E vitaminləri də var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə