“Fövqəladə" peyvənd kəşf edildi: Ölümcül xərçəngdə ömrü uzadır
12:49 13.08.2025
Sağlamlıq
487
Süni intellekt qırtlaq xərçəngini müəyyən edir
Araşdırmaçılar pankreas və bağırsaq xərçəngi xəstələrinin ömrünü uzadan yeni bir peyvənd hazırladıqlarını açıqlayıb. Süni intellekt isə sadə bir səs yazısından qırtlaq xərçəngini müəyyən edə bilir.
Sherg.az xəbər verir ki, ABŞ-nin Boston və Kaliforniya universitetlərindən olan alimlər pankreas və bağırsaq xərçəngi xəstələrinin ömrünü uzadan “fövqəladə” bir peyvənd hazırlayıblar.
Genetika mütəxəssisləri bu xərçəng növlərində şişin böyüməsində əsas rol oynayan KRAS adlı geni hədəf alan bir formul yaradıb.
25 xəstə üzərində aparılan klinik sınaqlarda iştirakçıların üçdə ikisinin immun sisteminin xərçəngə səbəb olan zülallarla mübarizəyə başladığı müəyyən edilib.
Bəzi xəstələr peyvənddən sonra təxminən iki il yarım yaşamağı bacarıb. Hazırda pankreas xərçəngi diaqnozu qoyulan xəstələrə adətən bir ildən az ömür verilir.
ELI-002 2P adlı peyvəndin başqa bir üstünlüyü isə fərdi olaraq hazırlanma ehtiyacının olmamasıdır. Yəni, onun sürətli istehsalı mümkün olacaq.
Alimlər isə nəticələrə ehtiyatla yanaşır. Mütəxəssislər bu sahədə daha çox araşdırmaya ehtiyac olduğu fikrində birləşirlər.
Digər tərəfdən, ABŞ-nin Oreqon Universitetinin tədqiqatçıları süni intellektlə qırtlaq xərçəngini diaqnoz edə bildiklərini açıqlayıb.
Səs yazılarını analiz edən süni intellektin xoşxassəli düyünlərdən tutmuş erkən mərhələli qırtlaq xərçənginə qədər anormal böyümələri aşkarlaya bildiyi bildirilib.
306 nəfərə aid 12 min 500 səs yazısını araşdıran süni intellekt kişilərdə xərçəng hüceyrələrinin yaratdığı tezlikləri müəyyən edə bilib. Lakin qadın səsində eyni uğuru əldə edə bilməyib. Sınaqların genişləndirilməsi ilə bu maneənin də aradan qaldırılacağı gözlənilir.
Mütəxəssislər sistemin “böyük ümid vəd etdiyini” deyir və klinik sınaqlara gələcək bir neçə il ərzində başlanması planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya