“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı problemlər yaşanır” – Səbəb göstərildi !
Banuçiçək Kalbalıyeva
10:40 30.12.2020
Sağlamlıq
647
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən (164.1.51-ci maddə), icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır.
Dəyişikliyə əsasən, bu müddət daha bir il artırılır. Beləliklə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad olacaq.
İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında dəyişikliyin əhəmiyyətini belə qiymətləndirib:
“Azərbaycanda icbari tibbi sığortanın tam tətbiqi ilə bağlı problemlər yaşanır. Onların birdəfəlik həlli üçün müxtəlif təşviq proqramları qəbul edilməlidir. Sığorta xidmətinin ƏDV-dən azad olunması da belə addımlardan biridir. Nəticədə konkret xidmətdən istifadəyə maraq yaranar”.
N. Cəfərli, həmçinin məsələnin daha optimal icrası ilə bağlı təklif də etdi:
“İcbari tibbi sığortanın gələcəkdə ƏDV-dən azad olunması istisna deyil. Amma bu, fors-major olar. Ona görə də, məncə, müddət qabacaqdan müəyyənləşməlidir. Məsələn deyilməlidir ki, icbari tibbi sığorta üç il müddətinə ƏDV-dən azaddır. Bu, daha effektli nəticə verər. Çünki həm sığorta şirkətləri, həm iş adamları, həm də tibb müəssisələri işlərini bilər və qabaqcadan planlaşdırarlar.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual