İştahanız səbəbsiz artıbsa - 7 bilmədiyiniz səbəb var
Fidan Həmişəyeva
12:44 26.03.2021
Sağlamlıq
778
İştahanız səbəbsiz artıbsa, daim yemək istəyirsinizsə, buna ciddi fikir vermək lazımdır. Bəzən bu hal orqanizmdə baş verən hər hansı pozulmaya işarə olabilər.
"Sherg.az" türk mediasına istinadən iştahanın artmasının bəzi bilmədiyimiz səbəblərini sadalayır:
1.Depressiya
Bəzi depressiyadan əziyyət çəkən insanlar yeməkdən demək olar tam imtina edir. Bir çoxları isə əksinə daim yeyir və özünə nəzarət edə bilmir.
2. Yuxunun az olması
Yuxunun az olması hormonlara və xüsusilə iştahanı tənzimləyən leptin və qrelin hormonlarına təsir edir. Bu hormonların tarazlığı pozulanda iştaha artır.
3. Səhər yeməyindən imtina
Səhər yeməyi ən vacib qida qəbuludur. Səhər yeməyi orqanizmdə mübadilə proseslərini “qoşur”. Müşahidələr göstərir ki, səhər yeməyindən imtina edən insan gün ərzində daim anomal aclıq hiss edir, daha çox yeyir və onda doymaq hissi gec yaranır.
4. Stress
Stress insanı daha çox yeməyə vadar edir. Stress vəziyyətində insan daha çox şirniyyat və kalorili yeməklərə üstünlük verir.
5. Qidalanmada zülalın çatışmazlığı
Zülallar gec parçalanır və mənimsənilir. Nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Zülalla zəngin olan məhsullar arasında: ət, balıq, yumurta, süd məhsulları var
6. Lifli qidaların azlığı
Liflə zəngin olan məhsullar (tərəvəzlər, paxlalılar, yarmalar və s.) da gec həzm olunur və qanda qlükozanın səviyyəsini stabil saxlayır. Bildiyimiz kimi, qanda şəkərin kəskin artması aclığa səbəb olur.
7. Qanda şəkərin yüksək səviyyədə olması
Şəkərin səviyyəsi normal tənzimlənmirsə, insan tez acır, doymur və yeməkdən az bir müddət keçdikdən sonra yenə yemək istəyir. Bu şəkərli diabetin inkişafına işarə edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual