Mütəxəssisdən qorxulu xəbərdarlıq: Obezlik qlobal epidemiyaya çevrilib

Ümumi cərrahiyyə mütəxəssisi Dr. Musluh Hakseven obezliyin artıq sadəcə artıq çəki problemi olmadığını, bütün dünyada sürətlə yayılan ciddi bir sağlamlıq təhlükəsinə çevrildiyini bildirib. Onun sözlərinə görə, dünya üzrə yüz milyonlarla insan obezlikdən əziyyət çəkir və bu göstərici artmaqda davam edir.

Sherg.az-ın məlumatına görə, həkim qeyd edib ki, obezlik ürək xəstəlikləri, hipertoniya, 2-ci tip diabet və bəzi xərçəng növləri üçün ciddi risk yaradır. Xüsusilə uşaqlar arasında hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanmanın problemin daha erkən yaşlarda yayılmasına səbəb olduğu vurğulanıb.

Dr. Hakseven obezliyin yalnız fiziki deyil, psixoloji və sosial problemlərə də yol açdığını bildirib. Onun fikrincə, problemin həlli üçün sağlam qidalanma, aktiv həyat tərzi və dövlət səviyyəsində geniş tədbirlər vacibdir.