Nazirlik: Sertifikasiyadan keçməyən işçilərin tibb fəaliyyəti qadağandır
11:59 27.08.2025
Sağlamlıq
445
“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, özəl tibb müəssisəsi yalnız tibbi fəaliyyətin müəyyən növləri üzrə verilən lisenziya əsasında və həmin fəaliyyət sahəsinə uyğun ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda fəaliyyət göstərə bilər.
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.
Onun sözlərinə görə, müəssisə rəhbəri tibbi fəaliyyətə görə birbaşa məsuliyyət daşıyır və tibbi heyətlə bağlı aşağıdakı vəzifələrin icrasına nəzarət etməlidir:
“Tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, tədrisə və sertifikasiyaya cəlb edilməlidir. Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması qadağandır. Müəssisə qanunvericilikdə nəzərdə tutulan statistik qeydiyyat və hesabatları aparmalı və onların doğruluğuna görə məsuliyyət daşımalıdır.
Pasiyentin sağlamlıq vəziyyəti, tibbi xidmətlərin həcmi və nəticələri ilə bağlı sənədləşmə Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada aparılmalıdır. Pasiyent tələb etdikdə müəssisə lisenziya, sertifikasiya və digər rəsmi sənədləri təqdim etməlidir. Pasiyentlər müayinə və müalicələrinin nəticələri ilə tanış edilməli, diaqnoz onlara izah olunmalıdır.
Həmçinin diqqətinizə çatdırırıq ki, müalicə həkimi pasiyentin istəyi ilə müəssisə rəhbəri tərəfindən təyin edilir. Pasiyent həkimin dəyişdirilməsini tələb etdikdə, bu məsələ rəhbərlik tərəfindən təmin edilməlidir”.
Tamam Həsənova əlavə edib ki, vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, pozuntu və ya şikayət halları ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər. Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət