Ölüm riski dodağımızın altındadır
Ölüm riski dodağımızın altındadır
Yusif Nəzərli
00:32 14.06.2022
Sağlamlıq
466
Marketlərdə dondurmaların saxlanma şəraiti ürəkaçan səviyyədə deyil
Yay aylarında ən çox istehlak etdiyimiz qidalardan biri də dondurmadır. Sərinləmək üçün uşaqdan böyüyə hər kəsin sevərək yediyi dondurmaların keyfiyyəti ilə bağlı isə heç bir zəmanət yoxdur.
Mütəxəssislərin fikrincə, dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir.
Qida məsələləri üzrə ekspert Ağa Salamovun “Şərq”ə açıqlamasına görə, dondurma da riskli qidadır və riskli qidalar kimi, istehsalatdan marketlərə dərin dondurucu ilə təmin olunmuş maşınlarda çatdırılması vacibdir:
“Marketə gəlməmişdən öncə dondurma istehsal edən sexlərdə dərindən sanitar gigiyena qaydalarına riayət olunması mütləqdir və qanundur. Belə ki, istehsal sexlərində dondurma istehsal edən avadanlıqları, hər gün iş bitdikdən sonra və ya iş zamanı qida qalığı ilə çirklənməsi baş verdiyi təqdirdə təmizlənməsi də mütləqdir. Bu kimi qanunlardan yayınan və məsuliyyətsiz işləyən sexlər birmənalı olaraq xəbərdarlıq edilmədən bağlanması təmin olunmalıdır. İnsan həyatını riskə atan bu cür işbazlar da məsuliyyətə cəlb olunmalıdır”.
Marketlərdə dondurmaların saxlanma şəraitinin ürəkaçan səviyyədə olmadığını vurğulayan ekspert deyib ki, nəzarət sisteminin sıfır olması və özbaşınalıqlar insanların həyatı bahasına başa gəlir ki, bu da ən azından zəhərlənmə ilə nəticələnir:
“Bəzi marketlərin generator ilə təmin olunmaması, yəni elektrikin getməsi nəticəsində, donmuş məhsulların donunun açılması və elektrik təmin olunandan sonra yenidən donması da ağır zəhərlənmələrə yol açır. Mən hələ qapağı aralı qalan dondurucuları demirəm. Bir sözlə, istehsaldan istehlakçıya sağlam qida ötürülməsi vacibdir. Burda da məsuliyyət birbaşa həm istehsalçıların üzərinə düşür, həm də marketlərin. Əks təqdirdə qida zəncirində buraxılan kobud səhv nəticəsində insanlar zəhərlənə və ya ağır nəticə (ölümlə) ilə üz-üzə qala bilər və qalırlar da”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm
Tramp Venesuelada "Tren de Aragua" liderinin öldürüldüyünü açıqladı
14:14 13.06.2026
Dünya
İddia qəbul edilmədi: Məktəb rəhbərliyi ekspertə uduzdu
14:06 13.06.2026
Elm və Təhsil
Sabah 34 dərəcə isti olacaq
13:05 13.06.2026
Ekologiya
Zaxarovanın şeirinə yazılan mahnı Rusiyada duyğusal anlar yaşatdı
12:57 13.06.2026
Dünya
Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb
12:45 13.06.2026
Dünya
Bu gün Azərbaycanda "Son zəng" tədbiri keçirilir
12:30 13.06.2026
Elm və Təhsil
Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
12:23 13.06.2026
Gündəm