“Pandemiyanın yeni surprizləri gözlənilir” - Adil Qeybulla
11:23 28.11.2021
Sağlamlıq
516
“Operativ Qərargah lazımınca tədqiqat işini qurub, insanları maarifləndirə bilməyib"
Avropada koronavirusun növbəti dalğası başlayıb, hər gün Köhnə Qitədə üç sıfırlı yoluxma və iki sıfırlı ölüm halları qeydə alınıb. Eyni zamanda, avropalılar COVID pasportuna etiraz edirlər.
Sherg.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bütün dünyada kollektiv immunitetin yaranması problemi var:
“Pandemiya hələ də bitməyib. Mutasiya davam edir və hər bir mutasiya olunmuş ştamm yeni davranış sərgiləyir. Əslində, bütün dünyada kollektiv immunitetin yaranması problemi var. Dünyada COVID-lə bağlı vəziyyətin stabilləşməsi üçün heç olmasa əhalinin 60-70 faizi peyvənd olunmalıldır. Bunun üçün bir neçə il tələb olunur”.
Həkimin sözlərinə görə, vaksinasiya olunmuş şəxslər xəstələnsə belə, xəstəliyi nisbətən yüngül keçirirlər:
“Hazırda iki ştammın bir insanda tapılması halları var ki, bu çox ciddi narazılıq doğurur. Hətta peyvənd olunanlarda belə koronavirusa yoluxma bununla izah olunur. Digər tərəfdən, təcrübə göstərir ki, peyvənd olunmuş şəxslər xəstələnsə belə, xəstəliyi nisbətən yüngül keçirir”.
A.Qeybulla qeyd edib ki, infeksiyanı 2022-ci ilə adlama şansı yüksəkdir:
“Operativ Qərargah lazımınca tədqiqat işini qurub, insanlara bunu başa sala bilməyib. Düzgün informasiya, təbliğat olmayandan sonra onun yerinə həmişə bu cür şayiələr peyda olur. İnsanlar da bu cür şayiələrə uyurlar.
Əvvəllər təlaş çox idi. İndi müəyyən qədər adaptasiya var. İnsanlar xəstəliklə yaşamağa öyrəşiblər. Amma pandemiyanın hələ hansı davranış sərgiləyəcəyini, hansı surprizlərin olacağını bilinmir. Dünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında sinxron hərəkət etməliyik. Bununla bütövlükdə əhalimizi qoruya bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm