Pişiklər də Altsheymer olur: Əlamətləri nələrdir?
11:50 12.08.2025
Sağlamlıq
386
Yeni araşdırma Altsheymer xəstəliyinin pişiklərə də insanlar kimi təsir etdiyini üzə çıxarıb.
Sherg.az xəbər verir ki, dünya üzrə təxminən 57 milyon insanı təsirləndirən demensiya yalnız insanlara məxsus deyil. Demensiyanın ən yayılmış növü olan Altsheymer xəstəliyi, Edinburq Universitetindən alimlərin apardığı araşdırmaya görə, pişiklərdə də bənzər şəkildə müşahidə olunur.
Alimlər qarışıqlıq, yuxu pozğunluğu və daha çox miyavlama kimi demensiya əlamətləri göstərən pişiklərin beyinlərində, Altsheymerli insanlarda görülənə oxşar dəyişikliklər aşkar ediblər.
Pişiklərdəki demensiyanı öyrənmək, iki növ arasında ciddi oxşarlıqlar olduğundan, insanlar üçün də müalicə üsullarının inkişafına kömək edə bilər.
Dünya miqyasında təxminən 50 milyon insan Altsheymer xəstəliyi ilə yaşayır və bu xəstəlik demensiya hallarının 50–70 faizini təşkil edir.
Altsheymerin dəqiq səbəbi hələ tam bilinməsə də, beynin içində və ətrafında anormal zülal yığılması nəticəsində yarandığı düşünülür.
Pişiklərdə demensiya əlamətləri arasında artan miyavlama, qarışıqlıq, məkan orientasiya pozğunluğu, zəif özünütəmizləmə vərdişləri və yuxu rejimində dəyişiklik - məsələn, normadan çox yatmaq və ya gecə oyaq qalmaq - var.
Digər əlamətlərə yeni yemək yediyi halda yenidən yemək istəməsi, qum qabı xaricində tualet ehtiyacını ödəməsi və divara və ya küncə baxaraq boşluğa dalması daxildir.
25 PİŞİYİN BEYNİ ARAŞDIRILDI
Araşdırma çərçivəsində alimlər müxtəlif yaşdakı 25 pişiyin ölüm sonrası beyinlərini tədqiq ediblər.
Demensiyalı pişiklərin beyinlərində Altsheymerin əsas göstəricilərindən biri olan toksik amiloid-beta zülalının toplandığı aşkar edilib.
Bu təhlükəli zülal beyin hüceyrələrinin içində və ətrafında əvvəlcə kiçik, sonra isə böyüyərək “lövhəcik” adlanan yığınlar əmələ gətirir. Bu yığınlar beyin sinir hüceyrələri arasındakı rabitəni pozaraq yaddaş, düşünmə və gündəlik funksiyalara zərər vurur.
DEMENSİYANIN HƏLLİ PİŞİKLƏRDƏ OLA BİLƏR
"Avropa Neyroelm Jurnalında" dərc olunan yeni tədqiqat göstərir ki, pişiklər insanlardakı demensiyanın öyrənilməsində dəyərli bir model ola bilər.
Pişik və insan beyinlərindəki oxşarlıqlar sayəsində alimlər Altsheymeri daha yaxşı anlamaq üçün laboratoriyada pişik beyinlərini tədqiq edəcəklər.
Əvvəllər tədqiqatçılar genetik olaraq dəyişdirilmiş gəmiriciləri öyrənsələr də, bu heyvanlar təbii şəkildə demensiya keçirmirlər. Bu səbəbdən pişiklər “ənənəvi laboratoriya heyvanlarından daha dəqiq xəstəlik modeli” ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya