Qış üçün pomidor saxlayarkən edilən kiçik bir səhv onun dadına və keyfiyyətinə təsir edir. Mütəxəssislərin tövsiyə etdiyi üsullardan biri pomidoru dondurmadan əvvəl qısa müddət isti suda saxlamaqdır.
Sherg.az xəbər verir ki, bunun üçün pomidorların alt hissəsinə bıçaqla kiçik xaç işarəsi qoyulur və onlar təxminən 30–60 saniyə qaynar suda saxlanılır. Daha sonra dərhal buzlu suya salınır. Bu üsul qabıqların asanlıqla soyulmasına imkan verir.
Pomidorları bütöv şəkildə də dondurmaq mümkündür. Bunun üçün sağlam və yetişmiş pomidorlar yuyulmalı, saplaqları çıxarılmalı və tam qurudulmalıdır. Artıq su buzlanmanı artıra bilər.

Doğranmış pomidorları isə əvvəlcə nimçədə bir qat halında dondurmaq, daha sonra paketlərə yerləşdirmək məsləhət görülür. Bu üsul parçaların bir-birinə yapışaraq böyük buz kütləsinə çevrilməsinin qarşısını alır.
Dondurulmuş pomidor əridikdə yumşaldığı üçün onu şorba, sous, menemen və sulu yeməklərə tam əriməsini gözləmədən birbaşa əlavə etmək mümkündür.