
Psixoloqdan xəbərdarlıq: Mübahisələrdən qaçmaq sizi tək qoya bilər
10:47 24.09.2025
Sağlamlıq
477
Bəzən özümüzü ünsiyyətin qaçılmaz bir hissəsi olan mübahisələrin ortasında görürük və bu xoşagəlməz vəziyyətdən uzaqlaşmaq üçün düşüncələrimizi özümüzdə saxlayırıq. Bəs mübahisə edirik, sonra nə olacaq? Sherg.az Türkiyəli klinik psixoloq, psixoterapevt Dr. Yasemin Meriç Kazdal yazısınıtəqdimedir.
Gündəlik həyatımızda dostlarımızla, ailəmizlə, iş yoldaşlarımızla və ətrafımızdakı insanlarla daim ünsiyyətdəyik. Zaman-zaman isə bu ünsiyyətin qaçılmaz bir hissəsi olan mübahisələrin içində oluruq və bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün fikirlərimizi özümüzdə saxlayırıq.
Bu vəziyyətin əsas səbəblərindən biri də “mübahisə” anlayışına qarşı ümumiyyətlə mənfi bir yanaşma meyli olmasıdır. Bəs, düzgün idarə edildikdə mübahisələrin ünsiyyətimizi gücləndirən bir faktor ola biləcəyini heç düşünmüsünüzmü?
Mübahisə ünsiyyətin ən təbii mərhələlərindən biridir

Hansının istifadə olunduğu isə bizim münasibət dinamikalarımız barədə ipucları verə bilər. Münasibətləriniz mübahisələrdən sonra bitir, yoxsa qarşınızdakı insanla daha da yaxınlaşmağınıza səbəb olur? Bu suala iki fərqli mübahisə modelindən baxa bilərik: Qurucu və dağıdıcı mübahisə modelləri.
Qurucu mübahisə iki tərəfin bir-birini hörmətlə, fəal şəkildə dinlədiyi, sakit yanaşma ilə ünsiyyətin qurulduğu və ortaq məqsədin bir həll tapmaq olduğu mübahisə formasıdır. Bu ünsiyyətdə çox vaxt mübahisənin əsas vəzifəsi: fərdlərin öz duyğu və düşüncələrini ifadə etməsi, qarşı tərəf tərəfindən anlaşılması və ya anlaşılmağa çalışılması ilə iki tərəfin ortaq bir nöqtədə birləşməsini təmin etməkdir. Fərd duyğu və düşüncələrini paylaşdıqdan sonra qarşısındakinin deyilənləri tam qəbul etməyə borclu olmadığının fərqində olur, bununla da reaksiyalı yanaşmadan uzaq, emosiyaların tənzimləndiyi, şəxsi və münasibətlərin inkişafına açıq bir ünsiyyət forması qurulmuş olur.
Dağıdıcı mübahisə isə daha bədbin bir baxış bucağından yanaşaraq, adətən qəzəb, qarşı tərəfi günahlandırmaq və keçmiş səhvləri üzə vurmaq kimi neqativ davranışları əhatə edir. Dolayısı ilə çox vaxt qurucu mübahisənin əksinə, məqsəd: anlaşmaq deyil, haqlı çıxmaq olur. Bu isə çətin, anlayışdan uzaq bir ünsiyyətə səbəb ola və münasibətlərdə qopmalara gətirib çıxara bilər.
Əvvəlki sualımıza qayıtsaq: ünsiyyət tərzimizi daha qurucu bir nöqtəyə yönəldə və qarşı tərəflə mübahisə etsək belə münasibətimizi gücləndirəcək şəkildə uzlaşa bilərikmi?
Mübahisədən qaçmaq əvəzinə onu qarşıdakı şəxsin ehtiyaclarını anlayıb uzlaşmaya varmaq vasitəsi kimi görsək, qorxulanın əksinə, mövcud bağlarımız daha da möhkəmlənə bilər: edilən empatiya sayəsində mövcud ünsiyyət formamız inkişaf edib dəyişmə imkanı qazana bilər.
Bu istiqamətdə addım atmaqda çətinlik çəkmək də tamamilə təbiidir. Buna görə də prosesə bir mütəxəssis müşayiəti ilə başlamaq həm yaxın münasibətlərimiz, həm də gündəlik həyatda digər əlaqələrimiz üçün dəstəkləyici ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region