Qızıl qayda
04:26 22.09.2021
Sağlamlıq
296
Valideynlər uşaqları sevmədiyi yeməklərə alışdıra bilərlər
Türk mütəxəssis hesab edir ki, sağlam qidalanma üçün valideynlər nümunə olmalıdır
Uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanmasında ən vacib vəzifə valideynlərin üzərinə düşür. Mütəxəssislər qeyd edirlər ki, ilk növbədə valideynlər uşaqlarına sağlam qidalanma üçün yaxşı nümunə olmalıdır. Çünki hər mövzuda olduğu kimi, uşaqlar yeməkdə də valideynlərindən nümunə götürürlər. Türkiyəli mütəxəssis dietoloq Aslıhan Küçük Budak bildirib ki, valideynlər ilk növbədə yeməkləri seçməməlidir. O qeyd edib ki, əgər uşaqlar hər hansısa yeməyi sevmirsə, onun həmin yeməyi yeməsini gözləmək düzgün deyil: "Misal olaraq, nahar üçün süfrədə hər hansısa onun bəyənmədiyi yemək var, o zaman ona kartof qızardın və həmin yeməyə toxunmayın.
Əgər uşağınızın sevmədiyi yeməkdən yeməyini istəyirsinizsə, öz boşqabınızın kiçik bir hissəsinə ondan bir az tökün və onunla birlikdə yeyin. Müntəzəm olaraq uşağınızla birlikdə bir ailə olaraq masada oturun. Çünki uşaqlar izdihamlı masalarda daha yaxşı yemək yeyirlər və birlikdə olmaq uşaqlarınızın yemək vaxtlarını səbirsizliklə gözləməsinə səbəb ola bilər". Aslıhan qeyd edib ki, yeməyi yeyə biləcəyiniz qədər boşqaba qoyun, çünki uşağınız bu davranışı daim müşahidə edəcək və onu gələcəkdə özü üçün də tətbiq edəcək: "Yemək yeyərkən yalnız yeməyinizə diqqət edin və ailənizlə keçirdiyiniz vaxtdan zövq alın. Yemək zamanı televizora baxmaq, iş görmək və telefona oynamaq və s. kimi vərdişlər uşağınızın bu davranışı birbaşa kopyalamasına səbəb ola bilər. Ümumiyyətlə, uşaqlara cipsi, şokolad, tort, peçenye kimi sağlam olmayan qəlyanaltılar alınmamalıdır. Bunun əvəzinə meyvə, qoz-fındıq və evdə hazırlanan tortlar kimi sağlam qəlyanaltılar qəbul edilməsi daha məqsədəuyğundur".
Həkim-pediatr Tərlan Əyyubov "Şərq"ə açıqlamasında övladı yemək yemək istəməyən valideynlərə tövsiyələr verib. Pediatr iştahı olmayan uşaqların məcbur şəkildə yedizdirilməsinin əleyhinə olduğunu bildirib:
"Uşaqlarınızı zorla yedizdirməkdən çəkinin. İmkan verin uşaq orqanizmi, xüsusən də onun beyni aclıq hissini hiss etsin, qidalanma davranışı, reflekslər formalaşsın. Uşağa gün rejiminin tərtib edilməsi vacibdir, yəni qidalanma rejimə salınmalı, eyni saatlarda verilməlidir. Yeməyən uşağı yeməklər arası qidalandırmağa çalışmayın. Yeməyən uşağa qidalar arasında rejimə düşənədək adi sudan başqa heç ne verilməməli, xüsusilə də, karbohidratlarla (şəkərlə) zəngin qidalar - yəni, çörək, konfet, bişmələr, şirin, və s. Qidalar arası uşaqların iştahasını yaxşılaşdırmaq üçün aktiv oyunlardan (qaçmaq, tullanmaq və s.) istifadə edilməlidir”.
Pediatr bu qaydalara ciddi riayət etdikdə adətən 10 gündən sonra orqanizmdə qidalanma refleksinin yarandığını və təyin olunmuş saatlarda uşaqların (nəinki uşaq hətta böyüklər də) acdığını bildirib.
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq